Yeganə çarəmiz Türkiyə ilə əməkdaşlıq etməkdir.

 

Bunu Bolqarıstan Baş naziri Boyko Borisov ölkəsində yaranan miqrant böhranı ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

 

"Qeydiyyatda olan hər bir qaçqının yaşayışı üçün kifayət qədər pul xərcləyirik. Miqrant düşərgələrimiz artıq dolub. Yeni maliyyə qaynaqları axtarışındayıq. Bu səbəbdən qonşularımız ilə münasibətlərimizi daim qorumağa çalışırıq. Göründüyü kimi Serbiya ordusu sərhədi bağlayıb. Nəticədə Bolqarıstandan çıxış məhdudlaşdırılır. Təəssüf ki, Yunanıstanın da durumu yaxşı deyil. Belə olan halda, Yeganə ümid yerimiz Türkiyədir”, - Borisov bildirib.

 

Qeyd edək ki, Boyko Borisovun yaxın zamanda Türkiyəyə səfər edəcəyi gözlənilir.(axar.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300