"Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir”.
 
APA-nın məlumatına görə, bu barədə erməni fəal Armine Saakyanın ABŞ-ın
"Huffington Post” qəzetində dərc olunmuş məqaləsində deyilir.
 
Yazıda bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə atır, kasıbla varlı
arasında ciddi fərq var: "Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır.
Onlar yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul
edilən təqaüd islahatları təqaüdçülərə köpmək etməyib. Əksinə, işləyən
insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə, onların
gəlirlərini azaldıb. Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək
girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə
sahəsində də "danışır". Əgər sənin əməliyyata və ya ciddi müalicəyə
ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən
uzun müddət yaşaya bilməzsən”.
 
Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı
olması ilə əlaqələndirilir: "Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin
ən böyük səbəbi onun sözdə müstəqil olmasıdır. Reallıqda ölkə hələ də
Rusiyanın müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın
əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin sahibidir.
Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən böyük elektrik
müəssisələrinin sahibidirlər. Ermənistanın Avropa İttifaqı ilə 2013-cü ilin
payızında assosiativ saziş imzalayaraq Rusiyadan iqtisadi asılılığını
azaltmaq şansı var idi. Dünya haqqında bir balaca məlumatı olan ermənilər
ölkələrinin Aİ-yə qoşulmasını istəyirlər. 

Çünki Aİ Sovet İttifaqına nisbətən daha perspektivlidir. O zaman niyə ən
yaxşıya doğru getməyək? Assosiativ saziş imzalanmalı olan ərəfədə
Rusiya prezidenti Serj Sarkisyanı Kremlə çağırdı. Putin, Sarkisyan və
hər iki hökumət daxilində bir neçə nəfər çıxmaq şərtilə, heç kəs danışıqların
nədən ibarət olduğunu bilmədi. Daha sonra Ermənistan Rusiya tərəfindən
yaradılmış Avrasiya İqtisadi İttifaqına qoşulacağını açıqladı. Rusiya
Ermənistanın iqtisadiyyatını əlində saxlamaqla yanaşı, bu ölkədə
qoşun saxlayır ki, vassalı qoyulan xətti keçməsin”. 

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300