hebsxana

 "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyev avqustun 24-də məhkəmə prosesində ifadə verərkən saxlanma şəraitindən narazılıq edib. Gununsesi.info-nun məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətini yerdən-yerə vuran sabiq bankir bildirib ki, onu məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Onun sözlərinə görə, əvvəlki korpusda gündə iki dəfə su verilsə də, yeni korpusda bir gündə cəmi 4 dəqiqə su verilir: "Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə dövlət 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

erzaqormaso

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi" barədə 2001-ci il 25 sentyabr tarixli, 154 nömrəli qərarı məhbusların günlük ərzaqla təminatı normaları aşağıdakı kimi olmalıdır: 1-ci növ buğda unundan olan çörək – 700 q. 2-ci növ buğda unundan olan çörək -15 q. Müxtəlif yarmalar – 125 q. Ət – 80 q. Balıq -100 q. Piy, marqarin – 20 q. Bitki yağı – 20 q. Şəkər tozu – 30 q. Quru çay – 1q. Duz – 20 q. Kartof – 550 q. Tərəvəz – 250 q. Dəfnə yarpağı – 0,1 q. Tomat pastası -5 q. Kərə yağı -10 q. Yumurta – həftədə 2 ədəd, və sairdən az olmayaraq, ərzaqla təmin olunmalıdır. Yuxarıda göstərilən miqdara ərzaq məhsulları 3305 kilokaloriyə bərabərdir. Həmçinin, xəstə olan, I və II qrup əlilliyi, yaxud sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara normadan əlavə 20 qram ət, 10 qram kərə yağı verilməlidir. Bundan başqa siqaret çəkən məhkumlara hər 10 gün müddətində 100 ədəd siqaret (5-7 dərəcəli) və 3 qutu kibrit verilməsi nəzərdə tutulub. Bəs, əslində, qanunda göstərilən gündəlik ərzaq məhsullarının məhkumlara verilməsi göstərilən kriteriyalara uyğundurmu? Məhkumlar necə, bu ərzaq norması ilə yaşara bilərlərmi?

penah

Pənah Hüseyn: "Cəzaçəkmə müəssisənin hesabına qidalanmaq və sağlam yaşamaq isə mümkün deyil”

 

Gununsesi.info bununla bağlı vaxtıyla həbsdə olmuş sabiq siyasi məhkumların fikrini öyrənib. Onlardan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirb ki, əgər həbsxanada gündəlik ərzaq normaları hökumətin qərarına uyğun olaraq verilərsə, təbii ki, o zaman məhbuslar orada normal yaşaya bilər: "Bir çox hallarda cəzaçəkmə müəssisələrdə nəzərdə tutulan gündəlik ərzaq norması verilmir. Məhz, məhkumların əksər hissəsi əsasən, evdən gətirilən ərzaq məhsulların hesabına qidalanırlar. Cəzaçəkmə müəssisənin hesabına qidalanmaq və sağlam yaşamaq isə mümkün deyil. Məhkum həyatı yaşayanlara əsasən Yerdə qohum-əqraba, GÖYDƏ isə Allah gömək edir. Ümumiyyətlə, hər bir dövlət qurumunda olduğu kimi cəzaçəkmə müəssisələrində də korrupsiya faktları var. Hesab edirəm ki, cəzaçəkmə müəssisələrində islahatların həyata keçirilməsi qaçılmazdır. Bir ara Beynəlxalq Təşkilatlar cəzaçəkmə müəssisələrində monitorinqlər həyata keçirirdilər. Buna görə də, nəticədə həbsxanalarda vəziyyət bir qədər yaxşılaşmışdı. Amma son illər Azərbacan hökümətiylə Beynəlxalq Təşkilatlarla arasında münasibətlər korlandığından cəzaçəkmə müəssisələrində monitorinqlər aparılmır. Bir daha qeyd edirəm ki, məhkumlar yalnız öz hesablarına qidalanır”-, deyə o bildirib.

tofiq

Tofiq Yaqublu: "Həbsdə olduğum zaman bircə dəfə təcridxana yeməyi yemişəm”

2016-cı ilin mart ayına azadlığa qovuşan Müsavat başqanın müavini Tofiq Yaqublu isə qeyd edib ki, o, 3 il 2 aylıq məhbus həyatında ancaq evdən gətirilən ərzaqla qidalanıb: "Tək bircə dəfə Şəki İstintaq Təcridxanasında şam yeməyi yemişəm. Bu isə onunla bağlıydı ki, həmin müəssisənin yenicə açılış mərasimi keçirilmişdi və nahar da kifayət qədər göz oxşayan idi. Ancaq bu bircə dəfə baş verib. Həmin kamera yeni idi deyə düşündüm ki, yeməkləri də yaxşı olar. Bircə dəfə şam yeməyini götürdüm, onu da bəyənmədim. Qalan müddətdə isə bütün dustaqlar kimi biz də ailəmizin və yaxınlarımızın gətirdikləriylə qidalanmışıq”.

serd

Sərdar Cəlaloğlu: "Məhbusun yaxınları onun həbsxanada ölməsini istəmirlərsə, evdən yemək gətirməlidir”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərinə görə, hökumətin ayırdığı gündəlik ərzaq norması ilə həbsxanada yaşamaq mümkün deyil: "Özüm də məhkumluq həyatı yaşamışam. Hökümətin verdiyi ərzaqla qidalanmaq mümkün deyil. Məhkumlar, əsasən, evdən gətirilən ərzaq məhsulları ilə qidalanırlar. Kimsəsizlərə isə cəzaçəkmə müəssisələrində onlara hansı qidanı verirlərsə, onunla da qidalanırlar. Əgər məhbusun yaxınları və doğmaları onun həbsxanada xəstələnməsini və ya ölməsini istəmirlərsə, o zaman onlar üçün evdən yemək gətirirlər. Bu gün Cəzaçəkmə Müəssisələrində vərəm və digər yoluxucu xəstəliklər sürətlə yayılır. Bütün bunlar pis qidalanmanın nəticəsidir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300