Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Monakoda baş tutan mərasimdə 48 komanda 12 qrupa bölünüb.

Azərbaycanın turnirdəki təmsilçiləri - "Qarabağ"la "Qəbələ" də rəqiblərini tanıyıb.

Ötən il olduğu kimi yenə qrup mərhələsində yarışacaq "Qəbələ" C qrupunda Belçikanın "Anderlext”, Fransanın "Sent-Etyen” və Almaniyanın "Maynts” klubları ilə mübarizə aparacaq.

Ardıcıl 3-cü dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ" isə J qrupunda "Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və "Slovan”la yarışacaq.
 
A qrupu:  "Mançester Yunayted” (İngiltərə), "Fənərbaxça” (Türkiyə),  "Feyenoord” (Hollandiya), "Zarya” (Ukrayna). 
 
B qrupu: "Olimpiakos” (Yunanıstan), APOEL (Cənubi Kipr), "Yanq Boyz” (İsveçrə), "Astana” (Qazaxıstan).
 
C qrupu: "Anderlext” (Belçika), "Sent-Etyen” (Fransa), "Maynts” (Almaniya), "Qəbələ” (Azərbaycan).
 
D qrupu: "Zenit” (Rusiya), "AZ Alkmaar” (Hollandiya), "Makkabi” (Təl-Əviv, İsrail), "Dandalk” (İrlandiya).
 
E qrupu: "Viktoriya” (Çexiya), "Roma” (İtaliya), "Austria” (Vyana, Avstriya), "Astra” (Rumıniya).
 
F qrupu: "Atletik" (Bilbao, İspaniya), "Genk” (Belçika), "Rapid” (Vyana, Avstriya), "Sassuolo” (İtaliya). 
 
G qrupu: "Ayaks” (Hollandiya), "Standart Liec” (Belçika), "Standart" (Belçika), "Panatinaikos” (Yunanıstan).
 
H qrupu: "Şaxtyor” (Ukrayna), "Braqa” (Portuqaliya), "Gent” (Belçika), "Konyaspor” (Türkiyə).
 
İ qrupu: "Şalke” (Almaniya), "Zalsburq” (Avstriya), "Krasnodar” (Rusiya), "Nitsa” (Fransa).
 
J qrupu: "Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), "Slovan” (Liberets, Çexiya), "Qarabağ” (Azərbaycan).
 
K qrupu: "İnter” (İtaliya), "Sparta” (Çexiya), "Sauthempton” (İngiltərə), "Hapoel” (Beer-Şeva, İsrail).
 
L qrupu: "Vilyareal” (İspaniya), "Styaua” (Rumıniya), "Sürix” (İsveçrə), "Osmanlıspor” (Türkiyə).  
 
(fanat.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300