"Göteborq" Avropa Liqasının pley-off mərhələsində səfərdə "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib.

Qol.az-ın İsveç mətbuatına  istinadən yaydığı xəbərə, bu haqda "Göteborq"un idman direktoru Mats Qren bildirib. O deyib ki, oyundan dərhal sonra UEFA-ya yazılı şəkildə şikayət ediblər:

"UEFA-da bir çox qayda var. Nədənsə, oyunun yaxşı qazonda keçirmək barədə qayda yoxdur".

İsveç klubu hesab edir ki, futbolçuları Mikael Boman və Soren Riks sırf stadionun  qazonunun bərbad olması səbəbindən zədələnib.

M.Boman özü bununla bağlı bildirib:

"Zərbə vurmaq istəyəndə ayağım qazona ilişdi. Bu, indiyə kimi oynadığım ən pis qazondur. "Qarabağ"ın bu cür stadionda oynaya bilməsinə heyran oldum".


Qeyd edək ki, "Göteborq"un baş məşqçisi Andersson Frank komandasının məğlubiyyətinin əsas səbəbinin qazonun olmadığını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300