Osmanlı sultanının varisi:
 
"Çox sevincli gün idi, çox qürurlandıq. Bu gözəl körpüyə babamızın adını veriblər. Belə layihələrin davam etməsini arzulayıram”.

Bunu "Report”un Türkiyə bürosuna açıqlamasında 34-cü Osmanlı sultanı II Abdülhamidin (hakimiyyət illəri 1876 –1909) varisi şahzadə Abdülhamit Kayıhan Osmanoğlu bildirib.
O qeyd edib ki, Azərbaycandan, Kiprdən, Makedoniyadan və bir çox başqa ölkələrdən körpünün açılış mərasiminə qonaqlar qatılıblar: "Dostlarımızın bizləri tək buraxmadıqlarına görə qürurlandıq. Biz Osmanlının həm qanını daşıyırıq, həm də ruhunu yaşatmağa çalışırıq. Belə layihələrin olması çox gözəldir, qürurvericidir”.

Abdülhamit Kayıhan Osmanoğlu bildirib ki, Türkiyə dövlətinin Osmanlı sultanlarının adlarını əbədiləşdirilməsi təqdirəlayiqdir: "Zamanında cənab prezidentimiz bu layihə barədə açıqlama vermişdi. Bu da bizi qürurlandırmışdı. Həyata keçirdiyi hər layihədə babalarımızın adını yaşadırsa, bu, lap gözəldir. İnşallah digər layihələrə də başqa babalarımızın adlarını verərlər. Bunu yalnız dəstəkləyə bilərik”.

Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən və IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün açılışı mərasimi keçirilib. Dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri qatılıblar.
Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü”südür. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək. Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarlarıicra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.

Ekspertlər "Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300