"Sabah" qəzetinin yazarı Can Acun Türkiyənin "Fərat qalxanı" əməliyyatı ilə bağlı qaranlıq qalan detallara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Acun 7 maddə üzrə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatın pərdəarxası məqamlarını aşağıdakı şəkildə dəyərləndirib:
 
1. "Fərat qalxanı" əməliyyatının əsas məqsədi nədir?

 
Türkiyə "Fərat qalxanı" əməliyyatı çərçivəsində Cerablusun mərkəzinə və kəndlərini İŞİD-dən təmizləməyi qarşısına məqsəq qoymaqla yanaşı, boş qalan əraziləri də müxaliflərin ələ keçirməsini arzulayır. Türkiyə uzun müddətdir ki, Azezdən başlayaraq Cerablusa qədər uzanan 90 km-lik, hətta İŞİD terrorçularını ərazidən təmizləyərək sərhədinin təhlükəsizliyini təmin etməyə çalışırdı. Cerablusdan Türkiyəyə bütün yolları bağlamaqla, İŞİD-in Türkiyəyə sızmasının qarşısını almağa çalışır.
 
Bu əməliyyatın digər əhəmiyyəti isə ondan ibarətdir ki, ABŞ-dan regionda dəstək almaqla, PKK/PYD qüvvələrinin genişlənməsinin qarşısını almaqdan ibarətdir.
 
 2. Əməliyyatı genişləndirməyin bir mənası varmı?

Türkiyə uzun müddətdir ki, dost Suriya müxalifətini bu əməliyyat üçün hazırlayarkən, Menbiçin PKK/PYD-yə bağlı qüvvələr tərəfindən ələ keçirilməsi və sonra bu qrupların Cerablusa doğru yönəlməsi TSQ-nın əməliyyatını sürətləndirmiş oldu. Türkiyənin son dövrdə Rusiya ilə münasibətlərini normallaşdırması və bunun Suriya miqyasında əks olunması, xüsusilə Suriyanın ərazi bütövlüyü məsələsində razılıq həlledici rol oynadı. 
 
3. Əməliyyatın texniki incəlikləri nələrdir?

"Fərat qalxanı" əməliyyatı Türkiyə Silahlı Qüvvələri komandanlığı altında, eləcə də suriyalı müxalif qrupların da daxil olduğu hərbi bir hərəkatdır. İŞİD-lə mübarizə aparmaq üçün yaradılan beynəlxalq koalisiya da havadan hərbi dəstək verir. Bu əməliyyatda TSQ ilə bərabər, MİT də bu hərbi hərəkata öz töhfəsini verir.
 
Türkiyə bu əməliyyat üçün "Sultan Murad" briqadası, Şam Cəbhəsi, Feylak əş-Şam, Ceyş əl-Nəsr, Ceyş əl-Təhrir, Həmzə Firqəsi, Liva əl-Mutasım, "Nurəddin Zəngin" briqadası, 13-cü diviziya və Liva Sukur əl-Cəbəl müxalifət qruplarına uzun müddət təlim keçib.
 
4. Türkiyə sərhədi xaricində uzunmüddət olacaq, yoxsa müvəqqəti bir əməliyyat nəzərdə tutulur?
 
Türkiyə bölgədəki iki əsas hədəfi olan İŞİD və PKK/PYD qruplarını sarsıdana qədər Suriyadan çıxmayacaq. Cerablusdan İŞİD sıxışdırıldıqdan sonra bölgəyə xeyli sayda tank və zirehli texnikalar yeridilir. Bu isə o deməkdir ki, Türkiyə əməliyyatı bitirməyə tələsmir.
 
5. İŞİD və PKK təhlükəsinin aradan qaldırılması üçün başqa hansı addımlar atılmalıdır?
 
Cerablus və ətraf kəndlərin İŞİD-dən təmizlənməsindən sonra Türkiyə açıq bir şəkildə Fəratın şərqinə qədər əməliyyatı genişləndirəcəyini göstərdi. Türkiyə Bab və Menbiçin nəzarətini birbaşa, ya da müxaliflərin dəstəyi ilə ələ keçirmək məcburiyyətindədir.

6. Türkiyə daha əvvəl imtina etdiyi quru əməliyyatından indi niyə yararlanır?
 
Türkiyənin Qərb müttəfiqləri, xüsusilə də ABŞ Türkiyə ordusunun İŞİD-lə mübarizə aparmaq üçün Suriyaya girməsinə çalışmış, ancaq Ankara bundan imtina etmişdi. Ankara səbəb kimi maraqlarına uyğun gəlmədiyini və bir sıra risklərin olduğunu göstərmişdi. Ancaq sonrakı dövrlərdə hökumət TSQ-nın Tel Abyad və Azez-Cerablus arasında əməliyyatlar aparmasını istəsə də, FETÖ-nun təsiri nəticəsində ordu hərəkət etməmişdi. 15 iyuldan sonra ordunun FETÖ-dan təmizlənməsindən sonra tam sürətlə Suriyaya girmək mükün oldu.
 
 7. PKK/PYD və İŞİD bu əməliyyata necə reaksiya verdi?
 
Gözlənildiyi kimi, PKK/PYD faktorları və İŞİD Türkiyəyə çox sərt reaksiya verdilər. "Fərat qalxanı" əməliyyatından sonra İŞİD ciddi bir müqavimət göstərmədən geri çəkildi. Ancaq PKK/PYD faktorları ilk fazada Cerablusu ələ keçirmək istiqamətində cəhdlər etdilər, daha sonra Menbiç-Cerablus arasındakı kəndləri işğal etməyə çalışdılar. Türkiyə isə bu cəhdlərə sərt cavab verdi. PKK/PYD bundan sonra Menbiç və ətrafını əlində saxlamaqla, sürətli bir şəkildə Bab şəhərini Türkiyə və dəstəklədiyi müxaliflərdən əvvəl İŞİD-dən almağı hədəfləyir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300