Təbii fəlakət leysan yağışları nəticəsində baş verib

 

Ötən gün Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda təlafata səbəb olub.

 

Uluyol.info  Report-a istinadən xəbər verir ki, saat 5 radələrində Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.

Hadisə 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlu qoyun və keçiləri dərədə otaran zaman baş verib. Güclü dolu sonradan yağışa çevrilib və əmələ gələn sel mal-qaranı aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.

 

Güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.

 

Sakinlər son 30 ildə ilk dəfədir belə yağışların yağdığını bildiriblər.

 

Quba Fövqəladə Hallar Nazirliyi Komissiyasının sədri, icra hakiminin birinci müavini Yusif Abidov hadisəni təsdiq edib.

 

"Hadisələrdən xəbərim var. Qubanın Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağıb. Oralarda elə də ciddi çətinliklər yaranmayıb. Ördüc kəndində yaranan problemlərlə bağlı sabah səhər saatlarında lazımi tədbirlər görüləcək", - deyə o bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300