Sabunçu Xəstəxanasında polislər tərəfindən saxlanılaraq 12-ci polis bölməsinə aparılan nidaçı Məsud Əsgər, VHP-çı Samir Əsədli və jurnalist Mehman Hüseynov sərbəst buraxılıb. Amma polis bölməsində fəallara bildiriblər ki, məsələ ilə bağlı araşdırma getdiyinə görə onları yenidən polisə çağırılacaqlar. 
Nidaçı Məsud Əsgər hadisə ilə bağlı Abzas.net-ə açıqlama verib. Fəal bildirib ki, 12-ci polis bölməsindən izahat alıb buraxıblar:
"Hadisə Sabunçu Xəstəxanasında baş verdi. Həmin xəstəxanada özbaşınalıq baş alıb gedir. Təcili Yardım xəstə gətirib 3 saylı şəhər xəstəxanasına. Həkim baxmırdı xəstəyə, deyirdi ki, mənim həkimim Sumqayıtdadı, ancaq sabah gələ bilər. Biz də dedik ki, xəstə ölür, necə yəni sabaha qalsın, xəstənin yaddaşı itib. Mübahisə düşdü, sonra başqa bir nəfər də gəldi, hay-küy düşdü. Mehman Hüseynov da hadisəni çəkirdi. Bu zaman mühafizəçilər gəldi və onun aparatını almaq istəyirdilər”.
Gənc fəal deyir ki, mübahisə vaxtı Mehman Hüseynovun aparatı boyununda olduğuna görə mühafizəçilər müdaxilə edəndə jurnalist boğulurdu, ona görə onlar müdaxilə edib bloqqeri xəstəxanadan çıxarıblar. Sonra polis gəlib və fəalları bölməyə aparıb.
Mehman Hüseynov da saxlanmağı ilə bağlı açıqlama verib. Blogger bildirib ki, dostunu xəstəxanaya aparıblar:
"Həkimlər diqqət yetirmirdi. Diqqət yetirmədikləri bir tərəfə, biz orda oturub gözləyəndə gördük ki, başqa bir xəstə kömək istədi. Lakin təhlükəsizlik işçiləri onu qovub təhqir edirdilər. Mən o hadisəyə göz yummadım bir vətəndaş kimi və qərara gəldim ki, bu özbaşınalığı lentə alım və cəmiyyətə təqdim edim. Fotoaparatı çıxarıb çəkmək istəyəndə, təhlükəsizlik işçiləri cümüb fotoaparatı əlimdən almaq istəyəndə məni boğurdular, təhqir edirdilər və bizim aramızda mübahisə düşdü. Bunu görən dostlarım gəlib aranı sakitləşdirdilər, məni həyətə çıxardılar. Bundan sonra polislər gəldi və bizi bölməyə apardılar”.
Jurnalist qeyd edib ki, polis bölməsində ondan izahat alıb buraxıblar:
"Orda mən dedim ki, bu özbaşınalığa mən göz yummamışam, lentə almışam, mən jurnalistəm, bu mənim haqqımdır. Təhlükəsizlik xidmətinin işçiləri gördülər ki, mən onların özbaşınalığını çəkirəm, gəlib zor tətbiq elədilər. Bu hərəkətlərin araşdırılması ilə də bağlı müraciət etdim. Sonra da tələb etdim ki, xəstəxanadakı xəstənin vəziyyəti ilə bağlı bizə məlumat verilsin, biz narahatıq həmin insanlarla bağlı”.
Digər saxlanılan gənc siyasi fəal Samir Əsədli deyib ki, mərhum vəkil Elton Quliyevin xatirəsinə futbol turnirinin oyunu zamanı oyunçulardan biri başından zədələnib: 
"Biz 103-ə zəng elədik, həmin oyunçunu Sabunçu Xəstəxanasına apardılar. Amma xəstəxanada həmin yoxuydu, biz tələb etdik ki, həkim gəlsin, insanların həyatı ilə belə oynamaq olmaz. Bildirdik ki, xəstəni göndərin neyrocərrahiyyə xəstəxanasına. Bu zaman mübahisə düşdü. Sonra başqa bir xəstə gəldi şikayət elədi. Mehman Hüseynov da bu zaman hadisəni çəkmək istəyəndə mühafizəçilər gəldilər ona qarşı zorakılıq törətdilər. Jurnalistin fotoaparatı zədələndi”.
Samir Əsədli bildirib ki, polisə çağırıb izahat alıb buraxdılar. Sonra polislər deyib ki, sabah yenidən çağırıb məsələni aydınlaşdıracağıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300