Vadi-əs-Salam dünyada ən böyük qəbiristanlıq hesab olunur.
Oxu.az xəbər verir ki, arxeoloqlar dünya vadisi adlandırdıqları həmin qəbirstanlıqda 5 milyon insanın qalıqlarının dəfn olunduğunu müəyyən edib.
İraqda yaşayan hər 2-ci şəxsin qohumu burada dəfn olunub. Altı kvadrat kilometr sahəni əhatə edən qəbiristanlıq Nəcəf şəhərində yerləşir.
Vadi-əs-Salam vadisi dünyada yeganə qəbiristanlıqdır ki, burada 1400 il ərzində insanlar dəfn olunur.
Qəbiristanlıq YUNESKO-nun Ümumdünya irsi obyektlərinin ilkin siyahısına daxil edilib.