Erməni diasporunun tanınmış fəalı Nanor Şainyan ABŞ-ın Los-Anceles şəhərində Ermənistandakı repressiyalara qarşı simvolik etiraz aksiyası keçirir.
Virtualaz.org bildirir ki, N.Şainyan özünü rəmzi "həbsxana"da zəncirləyib.
Beynəlxalq ictimaiyyətin Ermənistandakı real vəziyyət haqda illüziyada olduğunu bildirən Nanor deyib ki, Los-Ancelesin insanların ən gur yerlərindən birini seçməkdə məqsədi amerikalıların diqqətini ölkəsindəki real siyasi repressiyalara çəkməkdir.