Marketlərdə çaydan başqa bütün məhsullar yeni qiymətlərlə satılır

Ekspert Zaur Əhmədov: «"Dekabr ayının ikinci on günlüyündən sonra yeni qiymət artımı dalğası başlayacaq»

Dolların bahalaşmasının Azərbaycan iqtisadiyatına, əhalinin sosial vəziyyətinə mənfi təsirləri davam edir. Artıq iki gündür ərzaq məhsullarının və gündəlik təlabat mallarının qiymətlərində artım müşahidə olunur. Çörəyin qiyməti 10 qəpik artıqdan sonra tütün məmulatları 20-40 qəpik civarında bahalaşdı. "Bizim Yol”-un əməkdaşının satıcılarla söhbəti zamanı məlum olub ki, ən böyük artım şəkər tozunun qiymətində olub. Bu məhsulun qiymətində nə az, nə çox, 30 qəpik bahalaşıb. Satıcılar bu artımı tələbatın artması ilə əlaqələndirirlər. Qışa hazırlıq görən əhali mürəbbə hazırlamaq üçün daha çox şəkər tozu almalı olurlar.

Satıcılar çayın qiymətindən başqa bütün ərzaq məhsullarında qiymətin artdığını qeyd edərək, bahalaşmanını davam edəcəyini vurğulayırlar.

İqtisadçı ekspert Zaur Əhmədov bildirir ki, qiymət artımı birmənalı olaraq təbii artımıdır: "Milli valyutanın dəyəri neftin qiymətindən asılıdır. Neftin qiyməti hələ də Azərbaycan üçün arzuolunan səviyyədə deyil. Ona görə də manat ucuzlaşır və idxal olunan məhsulların, xammalın qiyməti artmaqda davam edir. 

Təcrübə göstərir ki, adətən avqust və sentyabr ayları idxal baxımından ən çətin aylar olur. Qışa və yeni tədris ilinə hazırlıqla bağlı olaraq geyim və yeyinti məhsullarına tələb artır. Əhalinin xərclərinin artdığı aylar məhz bu aylardır. Əhalinin gələcək 9 aylıq problemini bir ay ərzində həll etmək cəhdi nəticəsində bazarda canlanma baş verir. Tələb artıqca sözsüz ki, sahibkar xarici valyuta axtarmalı və məhsulu idxal edib ölkədə satışını təşkil etməlidir. Bu səbəbdən ölkədə istehsal olunmayan məhsulların qiymətinin artması qaçılmazdır”. 

Ekspert bildirir ki, oktaybr ayından dekabr ayına qədər qiymətlərdə stabillik müşahidə olunacaq: "Dekabr ayının ikinci on günlüyündən sonra isə yeni qiymət artımı dalğası başlayacaq”.(teleqraf)


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300