elcin qasimov

"Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb.

Bu barədə "Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib.

"Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib.Əvəzində isə "operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, – vəkil bildirib.

E.Qasımovun hansı səbəbdən karserə salınması barədə vəkilinə bilgi verilməyib.

Bu məsələyə Penitensiar Xidmetin də İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək, hələlik, mümkün olmayıb.

E.Qasımov noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.

Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.

Bundan bir qədər sonra, noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla altı nəfər həlak olub. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırov həbs olunub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300