Evtanaziya barədə qanun Kanadada təxminən 120 nəfər ağır xəstəyə tətbiq olunub.

 

İyunun 17-də Kanada parlamentində uzun sürən müzakirələrdən sonra həkimlərə ağır xəstəlikdən əziyyət çəkən insanlara könüllü olaraq dünyalarını dəyişməyə kömək etməyə icazə verən qanun qüvvəyə minib.

 

Evtanaziya qanunundan ən çox Ontario (49 dəfə) və Britaniya Kolumbiyası (46 dəfə) əyalətlərində istifadə olunub. Lakin Kanadanın bəzi regionlarının qeydiyyat aparmaması və bu haqda informasiyanı təqdim etməkdən yayınması səbəbindən evtanaziya hallarının dəqiq sayı məlum deyil.

Yeni qanun yalnız 18 yaşına çatmış psixoloji sağlam və ağır xəstəliyə düçar olmuş Kanada vətəndaşlarına könüllülük əsasında tətbiq oluna bilər.

Hazırda yalnız bir neçə ölkədə - Niderland və Belçikada, həmçinin ABŞ-ın bəzi ştatlarında evtanaziyaya rəsmən icazə verilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300