Satılan bütün "Galaxy Note 7” smartfonlarını batareyalarındakı problemlə əlaqədar geri çağıran "Samsung” korporasiyası təxminən 1 milyard dollar ziyana düşəcək.

 

İKT.lent.az-ın "Bloomberg”ə istinadən verdiyi xəbərə görə, avqustun 19-dan etibarən bütün dünyada satılan 2,5 milyon ədəd smartfonun dəyişdirilməsi bu məbləğə başa gələcək. İndiyədək batareyaların öz-özünə alışması və partlaması ilə bağlı 35 fakt qeydə alınıb.     

 

"Bloomberg” bildirir ki, "Galaxy Note 7” ilə bağlı problem "Samsung”u vaxtsız yaxalayıb. Belə ki, şirkət "Galaxy S7” flaqman smartfonlarının satışları hesabına öz mövqelərini möhkəmləndirməyə başlamışdı, "Note 7” modeli isə bunu tamamlayacaq və yeni "iPhone 7”ni satışa çıxarmağa hazırlaşan "Apple” ilə rəqabətə imkan yaradacaqdı. "Şirkətin reputasiyasına dəyəcək potensial zərər qısamüddətli maliyyə zərərindən daha çoxdur”, - deyə Sinqapur Milli Universitetinin professoru Çanq Sea Cin söyləyib.

 

"Credit Suisse”ın məlumatına əsasən "Samsung” hər "Galaxy Note 7”nin satışından 600 dollara yaxın gəlir və 108 dollar xalis mənfəət əldə edir. Şirkət bu rüb 4-5 milyon ədəd, IV rübdə isə 8-9 milyon smartfon satmağı planlaşdırırdı. Hazırda satışa start verildiyi bütün 10 ölkədə satışlar dayandırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300