Bu gün Nəsimi rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
O bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.
Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsində N. Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (Virtualaz.org)