Bir çox insan siqareti tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlir, digərləri isə siqaretə məğlub olurlar. Lakin gündəlik yediyimiz qidalar arasında siqareti tərgitməyə kömək edənlər də az deyil. Məsələn, türkiyəli dietoloq Aslıhan Kiçik deyir ki, süd içdikdən sonra çəkilən siqaret pis dad verir. Bu səbəbdən də siqaretdən imtina etmək üçün südün xeyli faydası var.

Uluyol.info lent.az-a istinadən mütəxəssisin siqareti tərgitməyə kömək edən qidalar haqda verdiyi bilgini təqdim edir.

Həkimin sözlərinə görə, bəzi qidalar çəki artırmadan siqareti tərgitməyə köməkçi olur: "Ürəyiniz siqaret çəkmək istədikdə və nikotinə ehtiyac duyduqda badımcanın tərkibindəki nikotinlə özünüzü rahatlaşdıra bilərsiniz. İlk 1 ay pomidor suyu içmək də siqareti tərgitməyi asanlaşdırır. Həm siqaretdən imtina edib, həm də sağlam və gümrah olmaq istəyirsinizsə, pomidor suyundan faydalanın. Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgitmək mümkündür. Siqareti tərgitməyə kömək olan digər qidalar arasında banan da var". 
 
Aparılan araşdırmalardan biri sübut edib ki, iyirmi gün ərzində yeyilən iki yemək qaşığı yulaf sıyığı nikotin asılılığını azaldır. Ekspert qeyd edir ki, aşağı kalorili "atışdırmalıqlarla" ağızı məşğul etmək çəki artırmadan siqareti tərgitməkdə faydalıdır: "Siqareti tərgidən insanların, bəlkə də, ən çox çətinlik çəkdikləri məqam əl vərdişidir. İnsanlar əllərinə keçəni yeyərək siqaretlə aralarındakı fiziki vərdişi doldurmağa çalışırlar. Bax, elə çəki artıran əsl faktor bu tez-bazar yeməkdən qaynaqlanır".
 
Yemə ehtiyacını azaltmaq və yaranan boşluğu doldurmaq üçün şirniyyat, şokolad, çips, tum kimi yüksək kalorili qidalar əvəzinə, saqqız, xiyar, təzə və quru meyvə, aşağı kalorili qəlyanaltılar seçmək lazımdır. Xüsusilə, kivi və kök suyu içmək nikotini bədəndən təmizləyir. Buna görə də dietoloq yüksək lifli qidalara yönəlməyi məsləhət görür: "Siqaret aludəçiləri siqaret çəkdikdən sonra bağırsaqlarının aktiv işlədiyini deyirlər. Siqareti tərgitdikdən sonra qəbizlik problemi yaşamaqdan qorxmayın! Tam taxıllı, çovdarlı, kəpəkli məhsullar, bol meyvə-tərəvəz, təbii qatıq yeyərək bağırsaq problemlərinə qarşı mübarizə apara bilərsiniz".
 
Nikotinin dad bilmə duyğularına təsir etdiyini bilirsiniz? Siqareti tərgitdikdən sonra yediyiniz yeməklərin və içkilərin dadını daha yaxşı bilməyə başlayar, iştaha nəzarət etməkdə çətinlik çəkərsiniz. Buna görə də həmin müddətdə kalorisi aşağı, qida dəyəri yüksək olan qidalara üstünlük verin: "Tərəvəzlər, süd və süd məhsulları, lifli qidalarla zəngin yeməklər yeyin. Yağ, sadə karbohidrat, qazlı içkilər və hazır meyvə sularından uzaq olun. Bol su için. Yeməklərdən əvvəl və yemək arası su içmək həm su itkisinə mane olar, həm də sizi yüksək kaloridən qoruyar. Bu, eyni zamanda iştahanızı nəzarət altında saxlamağa da kömək edər".
 
Daim fiziki fəaliyyətdə olun. Fiziki fəaliyyət kaloriləri yandırar, həm nikotinə, həm də yeməyə fokuslanmağı azaldır. Nikotin bədəndən xaric olduqca metabolik sürətiniz zəifləyə bilər. Bunun qarşısını almaq üçün nizamlı məşq proqramına başlayın. Eyni zamanda, nizamlı fiziki fəaliyyət siqareti tərgidərkən mübarizə apardığınız ən böyük düşməniniz olan stressi də azaldır.
 
Dietoloq ağciyərləri təmizləməyə kömək olan qidaları da sıralayıb:
 
 - Sarımsaq: ağciyərlərinizi təmizləməyə kömək olar.
 - Əməköməci çayı: siqaretin təsirlərini yox edir. Acqarına içildikdə ağciyərləri təmizləyir.
 - Zəncəfil və darçınla hazırlayacağınız alma çayı ilə ağciyərlərinizi siqaretin təsirlərindən təmizləyə bilərsiniz.
 - Səhərlər acqarına üç-dörd ədəd keçibuynuzunu suda qaynadaraq içsəniz, siqaretin təsirlərini azaldarsınız. 
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300