Bu gün bir sıra saytlarda ANS telekanalında yeni mövsümlə bağlı anons çəkilişlərinin başlanması haqda məlumatlar yayılıb. 

Yayılan məlumatda artıq bir neçə verilişin yeni anonslarının çəkildiyi, telekanalın yayımını bərpa edəcəyi bildirilirdi. 

Yayılan məlumatla bağlı bizimyol.info saytının əməkdaşı ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. O açıqlamasında yayılan məlumatların əsassız olduğunu, bağlanmış telekanalın heç bir anons çəkə bilməyəcəyini bildirib.

Mirşahin Ağayev eyni zamanda açıqlamasında zorla danışa bildiyini, özünün xəstə olduğunu bildirib. 

Qeyd edək ki, ANS telekanalının yayımı bu il iyul ayının 18-dən MTRŞ-nın məlum qərarı ilə dayandırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300