"Təhsil eksperti Nadir İsrafilovun bu il guya 30 min şagirdin ümumi təhsil müəssisələrinə gedə bilməyəcəyi barədə dedikləri yalan informasiyadır və Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib".
 
Bu barədə APA-ya Təhsil Nazirliyindən (TN) bildirilib.
 
TN-dən deyiblər ki, nazirliyin rəsmiləri müxtəlif tədbirlərdə ölkədəki müsbət demoqrafiyanı qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını qeyd edib: "Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür".
         
Nazirlik təhsil ekspertinin informasiya verərkən dürüst statistikaya əsaslanmasını, olmayan rəqəmləri şərh etməməsini tövsiyə edib.
 
"O ki qaldı hörmətli ekspertin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə, TQDK-nın aşağıda təqdim olunan statistikası buna ən yaxşı cavabdır.
 
2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.  Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda - 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib", - deyə TN-dən bildiriblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300