Tiflisdə NATO-nun qərarverici orqanı – Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclasları keçirilir.
 
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, NATO-Gürcüstan Komissiyasının toplantısından əvvəl çıxış edən baş katib Yens Stoltenberq Gürcüstana rəsmi səfərindən şad olduğunu bildirib. O, ölkənin müstəqilliyinin 25-ci ildönümü münasibətilə gürcü xalqını təbrik edib.
 
Y. Stoltenberq toplantıda Qara dəniz regionunun təhlükəsizliyi və Gürcüstana hərtərəfli dəstək paketinin həyata keçirilməsi üzrə bir sıra məsələlərin müzakirə olunacağını bildirib: "NATO-Gürcüstan Komissiyası tərəflər arasında siyasi dialoq və əməkdaşlıq üçün forum kimi 2008-ci ildə yaradılıb. Biz Qara dəniz regionunda təhlükəsizlik məsələlərini və əhatəli şəkildə işlənib hazırlanmış dəstək paketində göstərilən məsələləri müzakirə edəcəyik. Bu paket 2014-cü ildə NATO-nun Uels sammitində irəli sürülüb və bu ilin iyulunda keçirilmiş Varşava sammitində gücləndirilib. Müttəfiqlər Gürcüstana dəstəyi gücləndirmək qərarına gəliblər. Gürcüstan NATO üzvlüyünə hazırlıq üçün bütün praktik mexanizmlərə malikdir və müttəfiqlər bu yolda ona yardım göstərməyə hazırdır”.
 
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə qeyd edib ki, NATO-ya qoşulmaq gürcü xalqının qəti iradəsidir: "Hökumət bu iradənin gerçəkləşməsi üçün hər şeyi edir. Bu görüş Varşavada keçirilən NATO sammitinin mühüm hissəsidir və Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ölkəmizin üzvlüyə hazırlanmasına yönəlib”.
 
Xatırladaq ki, Şimali Atlantika Şurası və NATO-Gürcüstan Komissiyasının iclasında iştirak etmək üçün alyansın baş katibi Yens Stoltenberqin başçılığı ilə ittifaqa üzv ölkələrin NATO qərargahındakı səfirləri Gürcüstana səfər edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300