Xəzər dənizində bədbəxt hadisə baş verib.
SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb.
Nəticədə, qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.
Hazırda onun axtarışları davam etdirilir. (APA)