Taleh Qaraşovun hədiyyəsini özünə qaytardılar

Son illər ali məktəbə qəbul prosesində yüksək nəticə göstərən məzunların mükafatlandırılması ənənə halını alıb. Bir sıra şəhər və rayonlarda yeli rəhbərlik yüksək bal toplayan məzunları bahalı hədiyyə və pul mükafatı ilə sevindirir. Bir neçə gün əvvəl Lənkəranda baş verən olay isə rayon ictimaiyyəti arasında əməlli-başlı söz-söhbətə səbəb olub. Belə ki, rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla ali məktəbə qəbul olunan lənkəranlı gənclərin görüşü təşkil olunub. Tələbə adını qazanan gənclər bir sıra ucqar kəndlərdən belə rayon mərkəzinə gəlib.

Görüşdən sonra isə onlara təqdim olunan hədiyyə əməlli-başlı sürpriz olub. İcra başçısı 600 baldan çox nəticə göstərən abituriyentlərə qiyməti 20 manat dəyərində olan elektirik çayniki hədiyyə edib.
Tələbələrdən bir neçəsinin valideyni həmin çayniki elə icra hakimiyyətinin inzibati binasında qoyaraq, oranı tərk edib. (Gununsesi.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300