Alimlər qəfil ürək dayanmasına səbəb olan daha bir problemi aşkara çıxarıblar. 

 

Axar.az xəbər verir ki, Erazm Universiteti mütəxəssislərinin yeni araşdırmalar nəticəsində gəldiyi qənaətinə görə, qalxanvari vəzin hormon səviyyəsi azca yüksək olan insanlar ani ürək dayanmasından həyatlarını itirə bilərlər. Araşdırmaçılar 10 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı qalxanvari vəzin hormon səviyyəsi normadan yuxarı olan adamlarda qəfil ürək dayanmasından ölüm hallarının aşağı olanlarla müqayisədə 2,5 dəfə çox olduğu müəyyənləşib. 

 

Bundan başqa, araşdırmada qalxanvari vəzin hormon səviyyəsi yüksək olan könüllülərdə 10 ildə ürək dayanmasından ölmə ehtimalının digər iştirakçılara nisbətən 4 dəfə yüksək olduğu məlum olub. Ekspertlər bu nəticəyə gəliblər ki, hormonların artıqlığı ürəyin fəaliyyətini pozur. 

 

Qalxanvari vəzin hormon artıqlığına səbəb çox vaxt onun hiperfunksiyasıdır. Lakin hormon səviyyəsi çoxlu sayda dərman qəbulundan da arta bilər. 

 

Qeyd edək ki, qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Qalxanabənzər vəzinin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa, qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. 

 

Qalxanabənzər vəzinin viladi yoxluğunda və ya bəzi patoloji proseslərdə uşaq boyatmadan qalır (cırtdanboy olur), psixi inkişafı zəifləyir, dəri xamır kimi şişir, sümükləşmə gecikir, cinsiyyət üzvləri atrofiya olur. Qalxanabənzər vəzi tamamilə çıxarılarsa və ya patoloji prosesin nəticəsi olaraq hormon azalarsa, böyüklərdə miksedema və kritinizm deyilən xəstəlik meydana çıxır. 

 

Bəzən əksinə olaraq vəzin hormonu artır. Bu halda maddələr mübadiləsi artır, nəbz sürətlənir, sinir sistemi çox həssas olur, gözlər pırtlayır və s. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300