İran Xarici İşlər nazirinin müavini Hüseyn Cabiri Ənsari rusiyalı həmkarı Mixail Boqdanovla görüşüb.
 
Axar.az xəbər verir ki, 4,5 saat davam edən görüşdən sonra diplomatlar jurnalistlərin suallarını cavablandırıb.
 
Yaxın Şərqdə baş verən hadisələrə münasibət bildirən Tehran rəsmisi Suriyada atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını deyib. Onun sözlərinə görə, ABŞ atəşkəsin davam etməsi üçün səy göstərməlidir:
 
"Boqdanovla atəşkəs mövzusu da daxil olmaqla Suriya böhranı barədə müzakirələr apardıq. Suriya böhranı yarandığı gündən İran problemin hərbi yolla həll edilməyəcəyini açıqlayıb. Tək yol siyasi dialoqun davam etdirilməsidir. İlk növbədə insan fəlakəti dayandırılmalıdır. Terrorla mübarizədə istənilən əməkdaşlığa hazırıq. Bu səbəbdən Suriyada axan qanı dayandıracaq bütün təkliflər İran tərəfindən dəstəklənəcək”.
 
Ənsari ABŞ-ın siyasi hədəflərə çatmaq üçün terrorizmdən istifadə etdiyini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300