Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Məkkə şəhərindən Mədinəyə gedəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.
H.Babayev xatırladıb ki, Məkkə ilə Mədinə şəhərinin arasındakı məsafə 420 km-dir: "Hacılar Mədinə şəhərinə avtobusla yola düşəcəklər. Gün ərzində 8 avtobus yola çıxacaq. Bu gün Mədinə şəhərinə yola düşən hacılar sentyabrın 19-da Azərbaycana dönəcəklər. Zəvvarlar hər gün iki reys olmaqla səhər və axşam saatlarında uçacaqlar”.
H.Babayev onu da bildirib ki, zəvvarların sağlamlıq durumları normaldır: "Bizim zəvvarlar xəstəxanalara müraciət etsələr də, orada qalan olmayıb. Bəzi problemləri olanların da vəziyyəti yaxşılaşıb. Narahatlıq daha çox yaşlı zəvvarlar arasında baş verirdi”.
H.Babayevin sözlərinə görə, ən yaşlı zəvvarın 83 yaşı var və həmin şəxs özünü gümrah hiss edir: "Zəvvarların ən yaşlısı əslən Gürcüstan azərbaycanlısıdr. Ən kiçik zəvvarın isə 14 yaşı var. Həmin oğlan ziyarətə valideynləri ilə gəlib”. (Report)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300