Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı separatçı rejimlərin sentyabrın sonunda Moskvada gözlənilən toplantısı ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə etiraz məktubu göndərib.
 
QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, A.Nağı məktubunda qeyd edib ki, mətbuatda sentyabrın sonunda Moskva şəhərində separatçı rejimlərin toplantısının keçiriləcəyi, toplantıda Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin də iştirak edəcəyinə dair məlumatlar dərc olunub: "Rusiya tərəfindən bu qondarma rejimin hansısa tədbirə dəvət olunması və yaxud Rusiya ərazisində hansısa tədbirdə iştirakına şərait yaradılmasını Azərbaycanın suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətsizlik və qəsd kimi dəyərləndiririk. Ümumiyyətlə, separatçıların belə bir toplantısının məhz Rusiyada, onun paytaxtında keçirilməsi ciddi narahatlıq doğurur. Belə bir təsəvvür daha da möhkəmlənir ki, Rusiya dünyanın müxtəlif yerlərində separatçı hərəkatlar yaradır, onlara dəstək verir, himayə edir və öz məqsədləri üçün istifadə edir. Biz Rusiyanı bu cür mövqedən geri çəkilməyə çağırır, bu siyasətinə son qoymasını tələb edirik. Rusiya ATƏT Minsk Qrupunun həmsədri kimi də öz məsuliyyətini dərk etməli, bu tədbirin keçirilməsinə imkan verməməlidir. Biz sizdən bu məsələyə aydınlıq gətirilməsini, uyğun addımların atılmasını xahiş edirik. Əks halda, Rusiyanın Minsk qrupunda fəaliyyətinə xitam verilməsi, Rusiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlərə əl atacağıq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300