Yasamal rayonu Əsəd Əhmədov küçəsində Milli Qəhrəman və bayrağımıza qarşı  hörmətsiklik...


Uluyol.info xəbər verir ki,Yasamal rayonu Əsəd Əhmədov küçəsində Milli Qəhrəman Məcidov Eldar Tofiq oğlunun xatirə lövhəsi üzərində dalğalanan üç rəngli bayrağımız tərs asılmışdır.Bayrağa qarşı sayqısızlıq bir neçə idarə-təşkilatlarda şahidi olmuşduq.Ya bayraqların tərs asılması,yada baxımsızlıqdan parçaları süzülmüş,aysız-ulduzsuz bayraq...


Bu dəfə ki,mənzərə isə daha ürək ağrıdıcıdır. Hansı ki,könüllü olaraq Vətən torpaqlarının müdafiəsinə qalxan,onlarla döyüşlərə komandirlik etmiş,mülkü əhalinin təhlükəsizliyinin qorunmasında yaxından iştirak edən,Milli Qəhrəmanın yaşadığı binanın önündə uğrunda şəhid olduğu bayraq tərs asılıb.

 

Bayrağımız bizim milli kimliyimizi əks etdirir.Burda texniki səhv keçərli deyil...

Milli Qəhrəmanımızın başı üzərində tərs asılan bayraq (FOTO-VİDEO)

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


 

Uluyol.info Milli Qəhrəman Məcidov Eldar Tofiq oğlunu xatırlayır:


1965-ci il 26 avqustda Bakı şəhəri Yasamal rayonunda dünyaya göz açmışdır.1972-cil il 52 saylı orta məktəbə birinci sinfə daxil olmuşdur.1982-ci ildə həmin məktəbi qurtarmış və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə başlayır.1983-cü ildə hərbi xidmətə Almaniyaya  yollanır.Hərbi xidmətin 1985-ci ildə başa vurub Azərbaycana qayıtdıqdan sonra yenidən əvvəlki işinə qayıdır.


Eldar Məcidovun incəsənətə marağı sonralar onu "Yaşıl teatr”a gətirir.Yaşıl teatrda 1989-cu ildən baş inzibatçı işinə başlayır.Teatrda çalışan vaxtlar hazırlaşıb ,sənədlərin Azərbaycan İncəsənət Universitetinə verir və mədəni –maarif fakültəsinə qəbul olur.


Azərbaycan müstəqilliyin elan etdikdən sonra erməni işğalçılarının torpaqlarımıza hücümü başlayır.Bu zaman Eldar Məcidov cəbhədə baş verənlərdən hiddətlənərək könüllü ordu sıralarına yazılır.1992-ci ilin 20 martında 776 saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir.1992-ci il mayın 9-nda cəbhəyə yola düşür.


Xidməti zamanı bir çox hücumların qarşısın alınmasında yaxından iştirak etmiş,yaralı və mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi əməyi keçən döyüşçülərdən olmuşdur.1992-ci il mayın 15-də Şuşa rayonunun Zarıslı kəndində ağır döyüşlər zamanı sağ ayağından yaralanan Eldar Məcidov Qubadlı rayon xəstəxanasına çatdırılsada,çoxlu qan itirdiyindən həyatın xilas etmək mümkün olmur.Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli idi,bir qızı yadıgar qalıb.


Azərbaycan Respublikasının prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı”adı verilmişdir.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

 

Saday Fərəcov

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300