ABŞ, İsrail və İngiltərə dünyadakı bütün xəbərləşmələri yoxlayır. Bunun üçün bir dəfə internetə girmək bəs edir.

Həyatda hər şeyin müsbəti də olur, mənfisi də. Bir tərəfdən sürətli texnoloji inkişaf, kompüterlər, peyklər, mobil telefonlar, internet, e-mail həyatımızı asanlaşdırır, digər tərəfdən isə bütün bu sistemlərə görə, böyük bir şəbəkənin nəzarəti altında qalırıq. Yazdığımız hər söz, az qala etdiyimiz hər bir hərəkət, hər söhbətimiz, hətta alış-verişlərimiz, səhiyyə qeydiyyatlarımız dövlətlərin və bəzi şirkətlərin xüsusi arxivlərində yığılır. İstədikləri vaxt bütün həyatımız, şəxsiyyətimiz, əlaqələrimiz haqqındakı ən məhrəm məlumatları belə ortaya çıxara bilərlər.

Həqiqətən bizim haqqımızda bütün məlumatlar arxivləşdirilirmi?

Elə bilirsiniz zarafat edirik? Xüsusilə 11 sentyabr hücumlarından sonra bütün dünya terrorçulara çox imkan tanıdığı qənaətinə gəldi və müxtəlif anti-terror qanunları hazırlandı. Bununla da insanların daimi izlənməsi prosesi başlandı. Məsələn, Amerikada qanunla internet üzərindən danışdığınız bütün söhbətlərin, e-mailə gələn və gedən mesajların bir il ərzində saxlanılmasına qərar verilib. Həmçinin istənilən vaxt mobil telefonla yazılan bütün mesajlara baxa bilərlər.

Hətta internetə girməsəniz belə…

Kompüterlərdə "arxa qapılar” adlı gizli sistem var. Siz bir dəfə internetə girəndə "Windows” sistemi avtomatik olaraq işləməyə başlayır və bu "arxa qapılar” vasitəsilə kompüterinizi ələ keçirir. Siz ondan sonra bir daha internetə girməsəniz belə, kompüterinizdə o vaxta kimi bütün yazdıqlarınızı izləmək olur. Eyni şey mobil telefonlara da aiddir. Deyəsən, bundan yaxa qurtarmağın yeganə yolu batareyaları çıxarmaqdır.

İzlənilmək üçün internetə sadəcə bir dəfə girməyiniz kafidir. Bu əlaqə kompüterinizi hər hansı bir kəşfiyyat xidmətinin sistemiylə inteqrasiya halına gətirir. "Arxa qapılar” vasitəsilə kompüteriniz sistem tərəfindən ələ keçirilir və kompüteriniz üzərində öz tətbiqlərini qurur. Sonrasını da artıq peyklər vasitəsilə həll edir. Əgər özəl materiallarınızı qorumaq istəyirsinizsə, gərək sizin iki kompüteriniz olsun və onlardan birinin internetə çıxışı olmasın. Çin, Fransa, Almaniya "Microsoft”u dövlət dairələrində və orduda qadağan edib. Onlar başqa sistemdən istifadə edirlər. Dövlətlər özlərini bu cür müdafiə edir, amma vətəndaşlar bu dəfə də "Windows” yerinə, başqa bir sistemlə izləniləcəklər.

Yer üzündə milyardlarla mobil telefon, 1 milyarda yaxın isə internet istifadəçisi var

Amerikanın dünyanın ən inkişaf etmiş kəşfiyyat təşkilatı olan NSA adlı milli təhlükəsizlik agentliyi var. Bu agenliyin əsas məqsədi xarici diplomatları və hərbi atteşeni dinləmək idi. Amma bu gün NSA yer üzündə telefon, faks, kompüter, internet də daxil olmaqla, hər cür yazışma və söhbəti izləyir. İstəsə sizi də, məni də dinləyə bilər. Bunun üçün "Promise” və "Echelon” sistemlərindən istifadə edir. Bu sistemlər hər gün peyklərə 50-dən çox söz, anlayış yükləyir. İçində bu sözlərin keçdiyi hər cür danışıq avtomatik olaraq izlənilir. Hər gün NSA-da 40 ton sənəd tullanılır.

Amerika, İngiltərə və İsraildən fərqli olaraq digər ölkələrin kəşfiyyat təşkilatları texnologiya sahəsində çox da inkişaf etmədiyi üçün dünyadakı bütün xəbərləşmələrə nəzarət edə bilmir. Öcalanın mobil telefonla danışarkən tutulması adını qeyd etdiyim sistemlərin istifadə olunmasının bariz nümunəsidir. Öcalanın danışıqları peykə göndərilib. Geriyə qalan sadəcə telefondakı danışıqlarını dinləmək idi. O danışan kimi yeri səs vasitəsilə millimetrinə qədər müəyyən olunub. Dudayev də belə yaxalanıb. Rusiya çeçen liderini tuta bilmirdi. ABŞ onun yerini mobil telefonla danışarkən təsbit edib və elə oradaca öldürülüb.

"Promis” və "Echolon” proqramlarını birlikdə inkişaf etdirən MOSSAD və NSA bu proqramları dünyanın digər kəşfiyyat təşkilatlarına də satıb.

Bu izləmələrin qarşısını necə almaq olar?

Əslində bu proqramların işləməsinə mane ola biləcək başqa bir proqram tapmaq olar. Lakin şifrələmə sistemi asan olduğu üçün istənilən vaxt proqramınız ələ keçə bilər. Peyklər yaranandan, daha doğrusu, işləri daha da güclənəndən sonra hər şeyə, hər bir şəxsə çox asanlıqla nəzarət edilir. Çünki hər cür yazışma və sənəd artıq kompüterlərdə var. Ölkələr hər nə qədər öz sistemlərini dəyişdirsələr belə bu 3 ölkə hər maneəni aşa bilir. Düşünün, Pentaqonun saytına belə giriblər.

Qayıdaq e-maillərə

Dünyada internet üzərindən göndərilən bütün e-maillər Amerikada "root server” adlı 13 əsas kompüterdən keçir. Bütün interneti Amerikadakı bu 13 kök kompüter idarə edir.

Haqqında danışdığım 2 proqram insanlara aid məlumatları elektron mühitdə fərqli yerlərdə saxlayır. "Promis” fərqli mühit və şəxslərə aid məlumatları bir yerə toplayır və insan kimi mühakimə yürüdüb, nəticə çıxarır. İsrail bu proqramdan ən çox Fələstində istifadə edib. Ən inkişaf etmiş izləmə sistemi olan "Echelon”un dünyanın bir çox ölkəsində peyk tıxacını izləyən antennaları var. Bu proqramın sahibləri – Amerika, İsrail və İngiltərədir. Amerikalı proqramçılar gecə saatında qara tennis topunun yerinin belə peyklərlə müəyyən edə bildiklərini deyir.

Siz isə boş-boşuna əziyyət çəkib kompüterinizin keçmişini təmizləməyin. Onsuz da sizi heç izləyən də yoxdur. (admiral.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300