İraqın sabiq lideri, asılaraq edam edilən diktator Səddam Hüseynin ölümü və son günləri haqqında yazılar həm dünya, həm də yerli mətbuatda yenidən artmaqdadır. Sığındığı yerdən çıxarılaraq sərasər 36 ay həbsxana həyatı yaşayan Səddamın son günləri və bu dönəmdəki yaşantıları dünya mətbuatının ən reytinqli mövzularından birinə çevrildi.

 

Moderator.az xəbər verir ki, həyatı başdan–başa sirlərlə dolu olan, edama aparılanda belə qətiyyən qorxu keçirməyən, məhkəmə hakimləri ilə yüksək səs tonu ilə mübahisə edən İraq liderinin həbsxana həyatı da sirli idi. Yuxarıda sadalanan keyfiyyətləri ilə bərabər, onun həbsdə qaldığı müddətdə sanki uşaqlaşdığı və bəzi hərəkətlərinə bunun qabarıq ifadəsi əks olunub. Səddam Hüseynin son sirri isə onu həbsxanada ziyarət edən ABŞ-ın qadın generalından ərik və banan istəməsidir. Bu istək general qadın Ceyn Karpinski  başda olmaqla bütün həbsxana heyətini təəccübləndirmişdi. İstədikləri ilə təmin olunandan sonra keşikdə duran ABŞ əsgərlərini general qadına göstərək "sizin övladlar mənim də övladlarımdır”, - deyib.

 

Amma həbsxanada qaldığı müddətdə ABŞ əsgərlərinin ən çox bir hərəkəti barəsində tez-tez vəkilinə şikayət edib. Bu, onun hamıya məlum olan aşkarlanma hadisəsidir. Səddam iddia edirdi ki, ABŞ əsgərləri onu elə şəraitdə tapmayıblar. Sadəcə güc tətbiq edərək, müxtəlif vasitələrlə Səddamın özündən getməsinə şərait yaradıblar. Huşunu itirən diktatoru məlum videoda da görünən lükə salıblar. Sonra özünə gələn Səddamın lükdən çıxarılmasını kamera ilə çəkiblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300