Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar Respublikada da hər rayonun dövlət nömrə nişanları olub:

"Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən, 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının rayonlarına aşağıdakı seriya nömrələri veriləcək:

Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz – 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75

Aydın Ağayev qeyd etdi ki, Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu proses tədricən həyata keçiriləcək.

(naxcivanxeberleri.com)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300