Tütün məhsullarına qarşı aparılan bir çox kampaniya və ya qəbul edilmiş qanunların sayına baxmayaraq, siqaret hələ də dünyada ölüm hallarına gətirib çıxaran əsas səbəblərdən biri olaraq qalır.

Milli Ekoloji Səhiyyə Araşdırmaları İnstitutunun (ABŞ) alimləri siqaret çəkən insanların orqanizmində 7000-ə yaxın genin fəaliyyətində aktiv dəyişikliklərin baş verdiyini aşkar ediblər. Alimlərin fikrincə, bu dəyişikliklər DNT metilyasiyası – orqanizmdə hər bir hüceyrənin normal fəaliyyəti üçün vacib bir proseslə bağlıdır.

Eksperimentdə 16 müxtəlif araşdırmanın nəticələrini analiz edilib. Bu araşdırmalarda uzun illər ərzində siqaret çəkənlər, bu pis vərdişi buraxanlar və ya ümumiyyətlə siqaret çəkməyən 16 min şəxsin genlərinin analizi aparılıb.

Dəyişikliklər epigenom – DNT-nin işinə cavabdeh olan kimyəvi proseslər səviyyəsində baş verib və DNT-nin metilyasiyası ilə əlaqəli olub. Metilyasiya mexanizmi insan orqanizmində "tıxac” kimi işləyir, sanki onlara hazırda ehtiyac olmadığını və ya təhlükəli olduğunu göstərərək bu və ya digər mühüm genlərin fəaliyyətini azaldır. Bu prosesin pozulması lazımlı genlərin də "tıxanmasına” səbəb ola bilir.

Tədqiqatçılara görə, məhz müəyyən genlərin metilyasiyasında problemlər müxtəlif növ patoloji proseslərə təkan verir. Bu isə ürək-damar, onkoloji xəstəliklərə gətirib çıxarır.

Maraqlısı odur ki, siqareti tərgidənlərin əksəriyyətinin orqanizmində təxminən 5 ildən sonra genlərdə metilyasiyanın bərpası müşahidə olunub. Orqanizm ümumiyyətlə siqaret çəkməyən bir orqanizmə çevrilib. Lakin bəzi hallarda hətta 30 il əvvəl tütün istifadəsini buraxan insanların belə normal metilyasiya bərpa olunmayıb.

"Bu tədqiqat siqaretin insan orqanizminin molekulyar-genetik mexanizmlərinə toxunaraq ona nə dərəcədə pis təsir etdiyini göstərir. Anlamaq lazımdır ki, siqaret genetik səviyyədə orqanizmə təsir edir”, Norman Edelman, Amerika ağciyər xəstəliklər ittifaqının elmi rəhbəri bildirir.

(azadliq.org)



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300