Bir çox valideynlər uşaqlarının boyunun daha uzun olması üçün litrlərlə südə, ağ pendirə ümid edir. Unutmayaq ki, böyümə çağında yediklərimiz boyumuzun uzanmasına xeyli təsir edir. Boy uzanmasında genetik faktorlar böyük rol oynasa da, yediklərimiz və həyat tərzimiz də bu hadisədə olduqca təsirlidir. Əslində fikir vermədiyimiz bəzi qidalar boyumuzun uzanmasına kömək olur.
 
Boy uzadan həmin qidalarla sizi tanış edirik:
 
 
Nişasta xüsusilə yeniyetməlikdə çox faydalıdır
 
Nişasta bədənin təməl enerji mənbələrindən biridir. Bununla yanaşı tərkibində B vitamini, lif, dəmir, maqnezium və selenium da var. Çox əhəmiyyətli kalori qaynağı olduğu üçün xüsusilə uşaqların sürətli inkişaf prosesi zamanı və  yeniyetməlik dövründə daha çox qəbul edilməlidir.
 
 
Yumurtanın ağı hüceyrə çoxalmasında təsirlidir
 
Yumurtanın ağı 100 faiz zülal və riboflavin olan B2 vitamini ehtiva edir. Riboflavin hüceyrə çoxalmasında əhəmiyyətli vitaminlərdən biridir. Boyun uzanmasını təmin etmək üçün bu vitaminə ehtiyac var.
 
 
Gündə bir ovuc soya toxumu
 
Soya yüksək nisbətdə zülal ehtiva edən tərəvəzlər arasındadır. Soyadakı saf zülal sümüklərin inkişafında və toxuma kütləsinin artmasında əhəmiyyətlidir. Boyun uzanmasını təmin etmək üçün gündə 50 qram soya kifayətdir.
 
 
Yulaf nahar üçün yaxşı variantdır
 
Yulaf da yüksək miqdarda zülal ehtiva edir. Yulaf əzələ kütləsini artırır, yağ miqdarını azaldır. Naharda yulaf əzməsi və ya yulaflı məhsullar yemək məsləhətdir.
 
 
Mərcan kalsiumu
 
Dəniz mərcanlarından əldə edilən və yeyilməsi sümük böyüməsini sürətləndirən bu kalsium erkən yaşlardan qəbul edilməlidir. Həkimlə məsləhətləşərək kapsullarından da faydalana biləcəyiniz kimi, təbii formada da yeyı bilərsiniz.
 
 
Sümüklərin dostu - süd və pendir
 
Boyun uzamasında ən təsirli minerallardan birincisi kalsiumdur. Süd və süd məhsullarında bol miqdarda olan kalsium sümüklərin uzanmasını təmin edir, bədənin müqavimətini artırır. Ümumi olaraq bütün süd və süd məhsullarında kalsium olsa da, gündəlik olaraq yediyimiz pendirlər içində tam yağlı ağ pendir kalsium baxımından daha zəngindir.
 
 
Palamut balığı da sümük inkişafını dəstəkləyir
 
 
Palamutla yanaşı, kefal, tori və skumbriya balıq növləri də ehtiva etdiyi zəngin yağ və vitaminlər sayəsində sümük inkişafını dəstəkləyir və sümüklərin uzanmasını təmin edir. Mütəxəssislər bu balıqlardan hər hansı birinin hər həftə nizamlı olaraq yeyilməsini təklif edir.
 
 
Toyuq, hinduşka və qırmızı ətdəki zülal də boy uzadır
 
Toyuq heyvani qidalar arasında ən zəngin zülal qaynaqlarından biridir. Zülal boy uzanmasında əhəmiyyətli təsirə malikdir. Toyuq və hinduşka ətindəki bu mineral əzələ və toxumaların inkişafı üçün olduqca əhəmiyyətlidir. Eyni formada qırmızı ət də bu gücə malikdir. (lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300