Dekabin 12-dən Stokholm şəhərində mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin təşkilatçılığı ilə Güney Azərbaycanda Milli Hökumətin yaradılmasının 70 illiyi ilə bağlı silsilə mərasimlər keçiriləcək.
 
Bu haqda ULUYOL.İNFO xəbər portalına Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. O bildirib ki, "1945-ci ildə Seyid Cəfər Pişəvəri və silahdaşlarının dövlətçilik tariximizə parlaq bir səhifə kimi daxil etdiyi Azərbaycan Milli Hökumətinin 70 illiyi münasibətilə tanınmış siyasi mühacir Abdulla Əmir Haşimi Cavanşirin rəhbərlik etdiyi Güney Azərbaycan Konqresi Stokholm şəhərində bayram mərasimi təşkil edib.
 
Mərasimə Azərbaycan Respublikasından elm və sənət adamları ilə biz də iştirak edəcəyik. Ümumiyyətlə dekabr ayının 12-dən 20-dək GAK-nın təşıbbüsü ilə 21 Azər həftəsi keçiriləcək.
 
Bu proqrama Stokholmdakı bayram mərasimindən başqa İsveç parlamentində və XİN-də görüşlər, habelə Göteborq şəhərindəki bayram tədbiri də daxildir. Əsas mövzu isə 21 Azərin tariximiz üçün önəmi və Güney Azərbaycandakı soydaşlarımızın hazırkı durumu olacaq. Millətimiz adına xeyirli, uğurlu olsun!."

Stokholmda "21 Azər" həftəsi keçiriləcək 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300