"Fikrətin mənimlə keçmiş davranışları buna əsas verir ki, indi mən canımla, başımla onu müdafiə edim. Müdafiə edəcəyəm. Bunlar heç cür mənim qarşımı kəsə bilməzlər. Ancaq öldürə bilərlər"- Fikrət Fərəməzoğlunun həyat yoldaşı deyir.
 
Jam.az saytının redaktoru, həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti "Bandotdel" kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən hədələndiyini deyir. BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev ona susmasa, həbs və ya İrana deportasiya edəcəklərini bildirib:
 
"Fikrətin ilk müdafiəsi olanda dedilər ki, sən kiminlə oyun oynadığını deyəsən, bilmirsən. Mən orada olanda polis müstəntiqə dedi ki, xanımı istintaqa aparaq? Yəni xanımı tutaq, aparaq? Müstəntiq dedi ki, yox. Biz sadəcə danışırıq. Mənə dedi ki, təkzib verməlisən. Təkzib verməsən, Fikrətin işini uzadarıq. Mən bunların səbəbini anlamıram. Nə qədər Fikrətin yazıları bunları ifşa edib ki, bu qədər amansızcasına narahat olublar. Amansızcasına bizi incidirlər".
 
Faiqə xanım "Bandoteldə" aldığı işgəncələrdən sonra Fikrətdə kəskin baş ağrıları olduğunu söyləyir:
 
"Fikrəti müalicə etmirlər. Kamera yoldaşları mənə zəng vurdular ki, Fikrət gecələr yuxuda "məni aparmayın"-deyə çığırır. Dişlərini də bir-birinə o qədər sıxır ki, gecə səsindən yata bilmirik. Necə olur ki, bir adamın hədə-qorxu ilə  evinə ayda 5 min, 10 min rüşvət gəlir, amma evinin 6 aydır ki, krediti verilmir? Hər dəqiqə bankdan bizə zəng gəlir. 350 manat nə puldur ki, biz onu verə bilmirik?"
 
Faiqə Nösrətinin sözlərinə görə, BMT-nin insan haqları üzrə məruzəçisi Mişel Forstla görüşə bilməməsi üçün Fikrəti Kürdəxanıdan "Bandotdel"ə aparıblar. Amma xanımı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşməyə müvəffəq olub:
 
"Biz nəhayət ki, vəkil Elçin Sadıqovla birlikdə Fikrətlə görüşə bildik. Elçin müəllim Fikrətdən soruşdu ki, hansı istintaq əməliyyatı gedib? Nə soruşublar səndən? Fikrət gülümsəyərək dedi ki, mən "Bandotdel"in zirzəmisində oturmuşdum. Nə istintaq əməliyyatı? Həqiqətən qorxunun, ifşa olmağın dərəcəsinə baxın ki, beynəlxalq təşkilatın nümayəndəsinin belə onunla görüşməsinin qarşısını alırlar".
 
Oğlu baş verənlərin fərqində deyil. Hələ çox balacadır. Qızı isə ondan atasının harada oluğunu soruşur. Faiqə Nosrəti ən çox uşaqlarından narahatdır. O, başqa hədələr aldığını da deyir:
 
"Facebook üzərindən yazdım ki, mənə kömək edin, artıq intihar dərəcəsindəyəm. Saytlar yazdı ki, baş redaktorun xanımı intihar anonsu verdi. Mən uşağı Qara Qarayev adına Xəstəxanaya aparırdım. Gördüm maşınımın üzərinə balaca bir kağızda "Sənin intihar etməyin lazım deyil. Biz özümüz səni öldürəcəyik" -yazılıb. Bir neçə gün sonra, axşam saatlarında, hava yavaş-yavaş qaralmağa başlayarkən gördüm ki, maşınımın üzərində qırmızı ləkələr var. Baxdım ki, bu nədir, gördüm qan səpiblər maşınımın qapısına. Bunlardan artıq nə gözləyim? Mən qorxumdan  bir həftə oteldə qaldım. Heç bir evə güvənmədim ki, gələrlər, uşaqlarımı oğurlayarlar".//meydan.tv

 

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300