Sabunçu rayon Yeni Ramana qəsəbəsində yerləşən adı belə qoyulmayan bu park "nəyə lazımam?” sualını öz daşından, kəsəyindən hər gün soruşur. Dolayısıyla, özündə yeni cavabları ehtiva edəndə isə öz mənfi aurasını sakinlərə yansıtmaqdan belə çəkinmir. Niyə də çəkinsin ki? Onun buna haqqı var. Həm də kifayət qədər...

Paytaxtda milyonlarla manatın gömüldüyü ərazi - FOTO-REPORTAJ

Sabunçu rayon İcra hakimiyyəti ölkə rəhbərliyinə qarşı təxribatmı yaradır?

Aqibəti bilinmədən inşasına 3 il bundan öncə ərazidə yerləşən çirkab mənbəyinə çevrilmiş gölün qurudulması ilə başlanan layihənin hazırlanmasına Azərbaycan Respublikasının iqtisadiyyatının çiçəklənən bir vaxtı PEF-dən (Prezidentin Ehtiyat Fondundan) Sabunçu rayonu üzrə 18 iyun 2013-cü ildə ayrılan "paytaxt və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı ” layihəsi üzrə 2 milyon manatlıq bir büdcə ilə start götürülüb. "Buranı sakinlərin istirahət mərkəzinə, geniş yaşıllıq zonasına çevirəcəyik” deyən rayon bələdiyyə nümayəndələri və İcra Hakimiyyəti çalışanlarının yaddaşlarından parkın silinməsi və yolunun haradan keçdiyini belə unutmaları "Necə işləyim ki, rayonum kimi cibim də abadlaşsın” düşüncəsiylə yaşayan kimsələr üçün qeyri-adi hadisə deyil. Buna görədir ki, yarım qalan bir proyekt və ona ayrılaraq həzm edilmiş 2 milyon manatlıq vəsaitin aqibəti sual altındadır. Hələ ki, hər çətinliyə əlacı dövlət başçısından uman xalqda suni şəkildə yaradılmış narazıçılığı demirəm. Olmaya, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev hakimiyyətə qarşı narazı kütlənin yetişdirilməsində maraqlıdır? Gizli təşkilatlarla həm qazanc əldə edib, həm də böyük bir rayon üzrə söz sahibliyini qoruyaraq, ölkə rəhbərliyinə qarşı gizli təxribat yaratmaq cazib bir təklif kimi də görünə bilər. Özü də siyasi gərginliyin pik həddinə çatdığı belə bir vaxtda. Hər halda, bu, bir versiyadır. Axı "ağacı qurd içindən yeyər" deyib atalarımız. 

Paytaxtda milyonlarla manatın gömüldüyü ərazi - FOTO-REPORTAJ

"Bilərəkdən və ya bilməyərəkdən prezidentə qarşı birgə koalisiyamı yaradılıb?”

Bu ilin fevral ayının 20-sində "2015-2016-cı illərdə sosial-iqtisadi inkişafın yekunlarına dair” Sabunçu rayon Gənclər Evində keçirilən tədbirdə Adil Vəliyev qeyd etmişdi ki, 2015-ci il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam edib, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilib, habelə, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən il rayonda böyük infrastruktur layihələri həyata keçirilib. Sonda isə Adil müəllim 2016-cı ildə də bu yöndə işlərin davam etdiriləcəyini deyib. Maraqlıdır ki, Adil müəllim geniş infrastruktur layihələri dedikdə bu kimsəsizlər parkınımı nəzərdə tutub? Kağız üzərində öz həllini tapan problemlərin cəmiyyətdə yaradacağı qeyri-sabitliklər, narazıçılıqlar düşünülübmü? Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP-ın Azərbaycanın inkişafının hərəkətverici qüvvəsi olduğunu bildirib: "Bizlər cənab Prezidentin də dediyi kimi xalqın xidmətçiləriyik. Xalqa xidmət məsuliyyətini daima çiyinlərimizdə daşımağa hazırıq”. Ölkə başçısının səmimiyyətlə dediyi ifadənin rayon tərkibindən məlumatı olmayan xanım Abdullayevanın nitqində istifadə etməsi, sözün çəkisini dəyərdən salmağa hesablanmış addım olması nəzərdən qaçmır. Yoxsa heyvanat parkına çevrilməkdə olan bir guşədən bixəbər olaraq belə bir dəyərli sözün işlənməsi başqa nəyə işarə ola bilərdi ki? Ümid varıq ki, problem tezliklə öz həllini tapar, yerli sakinlər öz ailələri ilə birlikdə qeyd olunan parkda xoş istirahətlər keçirərlər. Məsələni gündəmdə saxlayacağıq.
 
Qarşı tərəfin fikir və təkliflərini də dərc etməyə hazırıq.
 
Altun.az
Azay Süleymanoğlu


Paytaxtda milyonlarla manatın gömüldüyü ərazi - FOTO-REPORTAJ
Paytaxtda milyonlarla manatın gömüldüyü ərazi - FOTO-REPORTAJ
Paytaxtda milyonlarla manatın gömüldüyü ərazi - FOTO-REPORTAJPAYTAXTDA MILYONLARLA MANATIN GÖMÜLDÜYÜ ƏRAZI - FOTO-REPORTAJ


PAYTAXTDA MILYONLARLA MANATIN GÖMÜLDÜYÜ ƏRAZI - FOTO-REPORTAJ

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300