Sentyabrın 26-da Türkiyənin İzmir şəhərində Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinən 76 hakim və onların qohumları həbs edilib.

Bu barədə NTV kanalı məlumat yayıb.

Şəhərin baş prokurorluğu ümumilikdə 101 nəfərin saxlanması barədə order verib.

Hazırda ABŞ-da yaşayan Fətullah Gülən 15 iyul uğursuz qiyam cəhdinin təşkilində ittiham olunur.

O, ittihamı rədd edir.

Bundan sonra ölkədə hərbçi, hakim, müəllim, həkim və digər məmurlar da daxil olmaqla minlərlə adam işdən kənarlaşdırılıb və ya saxlanıb.

Hazırda ölkədə axtarışlar davam edir.

Həmçinin İzmirlə yanaşı Konya da daxl olmaqla daha 3 əyalətdə reydlər keçirlib.

Polisin məlumatına görə, saxlananların bəziləri əlaqə üçün mobil telefonlarına yüklənmiş "Bylock” proqramından istifadə edirmişlər .

Türkiyə kəşfiyyatının məlumatına görə, 15 iyul qiyam cəhdi zamanı üsyançıların çoxu bu proqramdan istifadə edirmiş.

"Milliyet” qəzetinin yazdığına görə, kəşfiyyat idarəsi bu proqramdan istifadə edən 70 mindən çox dövlət qulluqçusunun siyahısını hazırlayıb.

"Hürriyet” qəzetinin yazdığına görə siyahıda tanınmış siyasətçilər və yüksək rütbəli məmurlar da daxil olmaqla 479 hakim və prokurorun adı var.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300