İslamda Allahın yaratdığı qəribə məxluqlar haqqında və Məhəmməd (s.ə.s) peyğəmbərin yüksək missiyasının bir çox sübutları mövcuddur. Onlardan biri də büzdüm sümüyüdür. Hər birimizin onurğa sütununun sonunda yerləşən bu balaca sümük qeyri-adi xüsusiyyətlərə malikdir. Belə ki, o heç vaxt yox olmur, hətta torpaqda parçalanmır.


Məhəmməd peyğəmbər büzdüm sümüyü haqqında bunları söyləyib: "Adəmin bütün oğullarının büzdüm sümüyündən başqa bütün orqanları bir-birindən ayrılacaq və parçalanacaq. İnsan onun vasitəsilə yaradılıb və qiyamət günü onun vasitəsi ilə diriləcək”.


Bu hədisdə birmənalı fikirlər və faktlar var:


– İnsan büzdüm sümüyündən yaradılıb.

– Büzdüm torpaqda heç vaxt parçalanmır.

– Qiyamət günü hər kəs sümük vasitəsi ilə yenidən diriləcək.


Büzdüm sümüyünün elmi izahları


Elmi kəşflər də "Quran”dakı bu faktları təsdiq edir. Yuxarıda göstərilən hədisdə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün ingilis alimləri və mikrobioloqları ölmüş insan cəsədini yandırıb. Tədqiqatçılar temperaturu əvvəlcə 1000 dərəcəyədək, sonra isə 6000 dərəcəyədək çatdırıb. Bundan sonra alimlər sobanın içində həyat əlamətləri olan kül yığını aşkar edib. Sonra alimlər yanmayan qalıqları temperaturu 200 dərəcə soyuq olan yerə yerləşdirib, amma büzdüm sümüyü yenə əvvəlki kimi qalıb. Mikrobioloqlar büzdüm sümüyünü daha çox təsirə məruz qoymaq üçün üzərinə aqressiv turşular töküb. Turşular sümüyün yerləşdiyi şüşəni belə əridib, amma hüceyrələr hələ də yaşamağa qabil idi.


Çinli alimlər də analoji tədqiqatlar aparıb. Onlar bu dəfə sümüyə güclü radioaktiv işıq ötürüb, müxtəlif turşulardan istifadə ediblər. Nəticədə, onlar da eyni qənaətə gəlib və insan skeletinin bu balaca sümüyünü tamamilə məhv etmək mümkün olmayıb.

Yəmən tədqiqatçıları Osman əl-Cilani və Şeyx Əbdül Məcid Azzandi 2003-ci ilin Ramazan ayında büzdüm sümüyü üzərində bir neçə eksperiment aparıb. Onlar sümüyü qaz alovunda 10 dəqiqə ərzində saxlayıb. Sümüklər əvvəlcə qırmızı rəng alıb, sonra isə qaralmağa başlayıb. Bundan sonra alimlər büzdüm sümüyünün qalan və qaralmış hissəciklərini kolbalarda məşhur Əl-Olaki laboratoriyasına gətirib. San universitetinin patologiya və gistologiya üzrə professoru və həkimi Salix qalıqları tədqiq edəndə alovun büzdüm sümüyünün hüceyrələrinə təsir göstərdiyini görüb. Bu da o deməkdir ki, qaz alovu yalnız yağ və sümük iliyini parçalayıb, sümük hüceyrələri isə sağ qalıb!(turkustan)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300