Eyyub Hüseynov: "Bu məhsulların tərkibində GMO var”

Öncəki illərlə müqayisədə bu gün uşaq qidalarına daha çox üstünlük verilir. Səbəb ana südünün az olması və həkimlərin təhrikidir. Həkimlər bu cür qidaların körpə üçün faydalı olduğunu tövsiyə edir. Qidaların laborator analizləri isə aparılmır. Çünki Azərbaycanda belə bir laboratoriya mövcud deyil.

Uşaq ölümləri niyə artır?

Uşaqların Azərbaycanda ana südü ilə əmizdirilməsi baxımından vəziyyət ürəkaçan deyil. Ana südünün az olması və ya heç olmaması süni uşaq qidalarının alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olur. Nəticə həm cibə, həm də səhhətə zərər verir. Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov "Cümhuriyət”ə açıqlamasında ana südünün faydaları, süni qidaların zərərlərindən danışıb: "Uşağın böyüməsi, inkişafı üçün ən faydalı qida ana südüdür. Təəssüflər olsun ki, bu gün Azərbaycanda ana südünün əmizdirilməsi baxımından vəziyyət ürəkaçan deyil. Pediatrların təzyiqi ilə geniş yayılan uşaq qidaları körpələrin səhhəti üçün ciddi təhlükə mənbəyinə çevrilib. Beynəlxalq kodekslər, körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında. Azərbaycan Respublikasının qanunu pediatrların uşaq qidaları distribüterləri ilə əlaqəsinə qadağa qoyulur”.

Bu gün sosial vəziyyətdəki gərginlik də ana südünün azalmasına səbəb olur. Nəticədə övlladına süd verə bilməyən ana rahat, lakin böyük vəsait tələb edən süni qidalara üstünlük verir. Həmsöhbətimiz qeyd edir ki, bu gün Azərbaycanda uşaq ölümlərinin yayılmasına səbəb olan amillərdən biri də belə qidalardır: "Südü olmayan analar övladlarına süni qida verirlər ki, bu da uşaq ölümlərinin sayının artmasına təsir edir.  Avropa ölkələri ilə müqayisədə Azərbaycanda  uşaq qidalarından ölüm faktı 5 dəfə artıb”.  E.Hüseynov deyir ki, süni uşaq qidaları ilə yanaşı süd artırmaq üçün həkimlərin analara məsləhət gördüyü çaylar da zərərli tərkibə malikdir: "Həkimlər südü az olan analara xüsusi çaylar, qidalar yazır ki, bu da əsl təhlükə mənbəyinə çevrilib. Xarici ölkələrdə inəklərin südünü artırmaq üçün arzuolunmaz dərmanlar vurulur. Güman edirik ki, həmin dərmanların tərkibində cəmləşən komponentlər ana südünün artırılması üçün istehsal olunan qidaların tərkibində də var”.

Həkimlərin qida şirkətləri ilə ortaq marağı

E.Hüseynov daha çox "Nestle” şirkətinin məhsullarından şikayətlərin daxil olduğunu söyləyib: "Son zamanlar "Nestle” şirkətinin məhsulu olan uşaq qidalarından daha çox şikayətlər əldə edirik. Bu məhsulların tərkibində GMO-ların olduğu söylənilir. Mədə-bağırsaq, oynaq xəstəliklərinə, alergiyaya səbəb ola biləcək belə qidaların xərçəng yaratması ehtimalı da var”. E.Hüseynovun sözlərinə görə, belə qidaların baha satılmasına səbəb həkimlərin həmin firmaların distrübiterləri tərəfindən maliyyələşdirilməsidir. Ekspert süni qida yedizdirən analara daha diqqətli olmağı tövsiyə edib: "Analar bilməlidir ki, bu cür qidalar 20 dərəcə selsidən aşağı olan otaq temperaturunda saxlanılmalıdır. Müşahidələr aparsaq, görərik ki, belə qidaların 80 faizi daha isti temperaturda saxlanılır”. E.Hüseynov analara körpələrini daha sağlam, təbii yollarla qidalandırmağı tövsiyə edib: "Bir sözlə, körpə qidaları arzuolunmazdır. Yaxşı olar ki, valideynlər övladını təbii yollarla qidalandırsın. Ana südü ilə yanaşı düyü həlimi də verə bilərlər. Uşaq qidalarını analiz edən laboratoriyamız olmadığından biz hansının zərərli, hansının keyfiyyətli olduğunu deyə bilmirik”. Bu cür qidaların bazardan yığışdırılmamasının səbəbi isə tələbə uyğun olaraq təklifin də olmasıdır.  /cebhe.info/

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300