"Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz”

REAL Hərəkatı 26 sentyabr Referendumu ilə bağlı bəyanat yayıb. Cumhuriyyet.org saytının yaydığı bəyanatda deyilir:
"Biz, Respublikaçı Alternativ olaraq, cəmiyyətdə heç bir müzakirələr aparılmadan konstitusiyaya təklif edilmiş dəyişikliklərin total saxtakarlıq yolu ilə xalqa sırınmasına qəti etirazımızı bildiririk. Bu dəyişikliklər ölkəmizin qarşısında duran fundamental problemləri həll etməkdənsə, vətəndaş qarşıdurmasını və ziddiyətləri daha da dərinləşdirməyə xidmət edir. Ölkədə Cümhuriyyət dəyərlərinin sarsıdılması yolunda atılmış bu növbəti addım, dövlətimizin gələcəyi üçün ciddi təhlükələr yaradır.

Konstitusiya – təməl toplum anlaşmasıdır. Bu anlaşmada yer almalı olan qaydalar hakimiyyətin ehtiyaclarını deyil, cəmiyyətin maraqlarını ifadə etməlidir. Səsvermə günü baş vermiş ciddi pozuntular, seçicilərin əksəriyyətinin səsverməyə gəlməməsi ölkəmizdə belə bir anlaşmanın bu dəfə də baş tutmadığını aydın göstərdi. Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz. Belə qaydaların yazıdan o yana keçə bilmədiyini aydın göstərən tarixi örnəklər çoxdur. Hər dəfə də vəziyyətin gərginləşməsinə görə məsuliyyət məhz hakimiyyətin üzərində olur.

Respublikaçı Alternativ olaraq bildiririk ki, konstitusiyaya edilmiş son dəyişikliklər ölkəmizdə vətəndaşla dövlət arasında olan məsafəni daha da böyütdü, hakimiyyətin məsuliyyətsizliyini artırdı, xalqın hakmiyyətdə təmsilçiliyinə əlavə əngəllər yaratdı, insan haqlarıyla bağlı durumu çətinləşdirdi. Bu dəyişikliklər dövlətimizi respublikaçılıqdan uzaqlaşdırır. Respublikaçı Alternativ olaraq, cümhuriyyət dəyərləri uğrunda işlərimizi gücləndirməyi və genişləndirməyi bütün tərəfdarlarımıza və təəssübkeşlərimizə bəyan edirik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300