Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ/EFJ) "APA Holdinq” in sabiq əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb.

24saat.org-un məlumatına görə, verilən bəyanatda jurnalistin siyasi motivlə işdən çıxarılması şiddətlə qınanıb. Eyni zamanda bildirilib ki, bu fakt fikir və ifadə azadlığının qorunması ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxaq konvensiyalara ziddir. Bəyanatda vurğulanıb ki, bu məsələ ayrıca olaraq Avropa Şurası tərəfindən hazırlanmış "Jurnalistlərin müdafiəsi üzrə Platforma”da müzakirəyə qoyulacaq.

Xatırladaq ki, "APA Holdinq”-in reportyoru Fərahim İlqaroğlu bu ilin sentyabrın 12-də işdən çıxarılıb.


Jurnalistin işsiz qalmasına səbəb isə, sentyabrın 11-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı "Facebook”da ifadə etdiyi fikirlər olub. Jurnalist Fərahim İlqaroğlu özünün "Facebook” səhifəsində belə yazıb:
"APA Holdinqlə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda "Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi”, – deyə o qeyd edib. O, himayəsində körpə uşağın olmasına baxmayaraq müqaviləsinə xitam verildiyini deyib. "Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”, – F.İlqaroğlu vurğulayıb.
 
 
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300