İtaliyanın "Roma" klubunun futbolçusu Françesko Totti 40 illik yubileyi münasibətilə müsahibə verib. 

"Report"un məlumatına görə, "Sky İtalia"ya danışan kapitan heç vaxt baş məşqçilərə təzyiq göstərmədiyini bildirib. 

Totti komandanın sükanı arxasına keçənlərə hörmətlə yanaşdığı, onların təyinat və göndərilmələrində rolunun olmadığını vurğulayıb: "Heç vaxt baş məşqçilərə təzyiq göstərməmişəm. Təbii ki, diskussiyalarımız olub. Amma hər gün yox. Bunlar da olmasaydı, anormallıq sayılardı. Heç bir baş məşqçini qovub-gətirməmişəm. Hər zaman kollektivin bir hissəsi olmuşam və klubun getdiyi istiqamətdə hərəkət etmişəm". 

Canlı əfsanə 40 yaşında yalnız futbolu yox, daha qlobal düşünməyə başladığını söyləyib: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm. Düşüncələrimin yarısı ailə, yarısı futbolla bağlıdır".

Qeyd edək ki, Françesko Totti bütün karyerasını "sarı-qırmızılar"ın heyətində keçirib. Bu müddətdə "Roma"da 15-dən çox baş məşqçi dəyişib. Hazırda komandaya Luçano Spaletti rəhbərlik edir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300