Sentyabrın 27-də keçirilən məhkəmə iclasında NİDA gənclər təşkilatının həbsdə olan üzvlərindən Qiyas İbrahimov həbs edilərkən ona verilən işgəncələrdən danışıb.

Gənc fəal bildirib ki, əslində onu Heydər Əliyevin heykəlinin postamentinə siyasi şüar yazdığına görə tutublar və irəli sürülən narkotik ittihamı əslində şərdir.

"Slavyan Universitetindən imtahandan çıxıb 20-30 metr uzaqlaşmışdım ki, arxadan başıma vurub yıxdılar, sonra bir maşına basdılar. Maşında ilk sual da bu oldu ki, "heykəli niyə yazmısız?”

Bakı şəhər Baş Polis İdarəsində təhqirlərə məruz qaldığını, döyüldüyünü, ailəsilə hədələndiyini deyən Qiyas İbrahimovun sözlərinə görə, belə şəraitdə narkotikin ona məxsusluğu barədə ifadəni imzalamağa məcbur olub:

"İşgəncələr altında bu ifadəni imzalayandan sonra Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun otağına apardılar. Əllərim qandallı idi. Mirqafar Seyidov dedi ki, "mənim qabağımda oturmurlar, diz çökürlər”. Dedim ki, "niyə diz çökməliyəm?” Həmin vaxt Pərviz adlı polis əllərim qandallı vəziyyətdə məni təpiklə vurdu, yıxıldım. Mirqafar Seyidov dedi ki, "siz bu ölkə üçün yararsız adamlarsız, düşmənsiz, bacardığımız qədər sizləri təmizləyəcəyik”.

Cibinə və evinə narkotikin polislər tərəfindən atıldığını deyən gənc fəal Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olarkən həyət süpürməyə məcbur edildiyini və bunun kamera ilə lentə alındığını da bildirib: "Mənə orada təklif elədilər ki, get, heykələ təzim elə, baş əy, gül qoy, AzTV çəksin, çıx get evə. Razılaşmadım”.

Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Pərviz Məmmədov və Elvin Kazımov şahid qismində dindirilib. Onlar bənzər ifadə verərək bildiriblər ki, idarəyə Qiyasın narkotik satışı ilə məşğul olması barədə məlumat daxil olub, onun əsasında əməliyyat keçirilib və o, həbs olunub. Polislər gənc fəala heç bir işgəncə verilmədiyini deyiblər.

Qiyas İbrahimov isə onların yalan danışdığını bildirib:

– Bunların vicdanı yoxdur. Bunların hər şeyi yalan üzərində qurulub.
Hakim:
– Təhqir etməyin.
– Təhqir deyil bu. Təhqir odur ki, mən bunun kimilərin qarşısında özümü müdafiə etmək məcburiyyətində qalmışam.

Məhkəmə prosesi sentyabrın 28-də davam edəcək.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova da məhkəmədən sonra bildirib ki, proses zamanı şahid qismində gələn iki polis əməkdaşı ilə onun arasında da mübahisə olub. Şura Əmiraslanova onlara yalançı şahidlik etdiklərini, narkotiki evlərinə qoyduqlarını deyib. Həmin şəxslərsə bunu inkar edib və əvəzində deyiblər ki "sənin dilini kəsəcəyik”.

Bu mübahisə barədə ətraflı məlumat, elcə də adı çəkilən polis əməkdaşlarının bu hadisə barədə fikirlərini öyrənmək mümkün olmayıb.

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. (azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300