"Bizi məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər”.

Bunu facebook səhifəsində "Nardaran məhbusları”nı müdafiə edən vəkil Elçin Sadıqov yazıb. Vəkil daha sonra yazır:

"Cavad Cavadov Vəkillər Kollegiyasından zəng ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abasov müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər Taleh Bağırov və digərlərinin Abbas Hüseynovun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində Vəkillər Kollegiyasına şikayət göndərib.

Qanunvericiliyin tələbinə görə müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir. Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Bu vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir.

Aidiyyəti qurumlardan xahişimiz odur ki, bizim fəaliyyətimizə görə edilən təqib edilən təqiblərə son qoyulmasına göstəriş versinlər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300