Şeyx məsələ barədə ölkə başçısı ilə məsləhətləşdiyini, MTRŞ isə belə bir kanalın açılmasının gözlənilmədiyini deyir

Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur. APA-nın məlumatına görə, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: "Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.

QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını da təklif etdiyini deyib.

"Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılajağı demək deyil. Yaxın gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir”.

Bunu isə AzVision.az-a MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir: "Şeyxüslam təklif irəli sürüb. Hər kəs təklif verə bilər. Lakin mövcud reklam bazarı, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur və Şura bundan sonra müsabiqə elan edir. Azərbaycan böyük ölkə deyil, mövcud telekanalların sayı ölkə üçün daha çoxdur və reklam bazarı bunları əhatə edir. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə müvafiq hesab edilmir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300