Azərbaycanda siqaret reklamının qadağan olunması  müzakirə edilir. Eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaradılacaq. Bununla bağlı qanunvericilikdə düzəlişlər olunması müzakirə edilir.  

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) fins.az-a verilən xəbərə görə, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində işlər görüləcək. Həmin fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycanın tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyini gücləndirmək, tütün məmulatlarının reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna qarşı tam qadağanedici tədbirləri tətbiq etmək, eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaratmaqdır.

İSİM-dən bildiriblər ki, tütün məmulatlarının satışı və reklamına, eləcə də tütün çəkilməsi qadağan edilən yerlərə dair qüvvədə olan milli qanunvericiliyin "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası”nın 8-ci və 13-cü maddələrinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması planlaşdırılır.

Bununla bağlı sentyabrın 29-da İSİM-də Çərçivə Konvensiyasının maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair ilk işçi görüşün keçirilməsi planlaşıdırılıb.

Görüşdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərəcək, mövcud qanunvericiliyin təhlili, eləcə də "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcək.

Xatırladaq ki, "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası” tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biridir. Konvensiyanı 180 ölkə ratifikasiya edib.  Azərbaycan 2005-ci ildə Konvensiyaya qoşulub.   


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300