Xalq artisti Nazpəri Dostəliyeva nəhayət ki, 3 illik efir qadağasından sonra ilk dəfə ekranda görünüb.  Efirlərdən uzaq düşən müğənni bununla bağlı ötən il media nümayəndələrini bir yerə yığaraq mətbuat konfransı keçirmişdi.


Müğənni bildirmişdi ki, bir neçə il bundan əvvəl tanınmış siyasilərdən birinin oğlunun toy məclisində iştirakından sonra kimlərinsə zəngi və tapşırığı ilə televiziyaların qapısı üzünə bağlanıb. Mətbuat konfransının da bir nəticəsi olmadığını görən müğənni ölkə başçısına da müraciət ünvanlayaraq efirlərdən sifarişli qadağanın götürülməsini xahiş etmişdi.


Nəhayət ki, bu qadağa sentyabrın 26-da, ölkədə keçirilən konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) günündə aradan qaldırılıb. Xalq artisti Nazpəri Dostəliyeva uzun ayrılıqdan sonra ilk dəfə olaraq "Xəzər TV”- də Zaur Kamalın təqdimatında "5 də 5″verilişinin qonağı olub.


Verilişdən bir neçə gün əvvəl isə müğənni mətbuat vasitəsilə hər kəsi referenduma ”hə” deməyə çağırış etmişdi. Referendum günü isə seçkilərdə iştirak etməsi ilə bağlı fotosunu sosial şəbəkədə yerləşdirərək konstitusiyada edilən dəyişikliyi dəstəklədiyini qeyd edib. Qeyd edək ki, müğənni verilişdə çox həyəcanlı görünüb, efir üçün darıxdığını bildirib.


Xalq artistinin bir neçə gün öncədən çağırışlar edib, referendum günü efirə çıxmasını tənqid edənlər də tapılıb. Onunla əlaqə saxlayaraq məsələyə münasibətini öyrənməyə çalışdıq. Lakin müğənni qəti şəkildə heç bir müsahibə və ya açıqlama vermək istəmədiyini bildirdi. (musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300