"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev ABŞ səfirliyinin Siyasi işlər üzrə müşaviri Uilyam Solleylə görüşüb.

 

Görüşdə insan hüquqlarının vəziyyəti, siyasi məhbus problemi və digər məsələlər müzakirə olunub. Oqtay Gülalıyev ölkədə insan haqlarının kütləvi şəkildə tapdandığını qeyd edərək, təkcə cari ilin 26 sentyabrında referendum öncəsi 200 nəfərdən çox şəxsin polis tərəfindən saxlandığını, inzibatı həbs cəzasına məruz qaldığını bildirib.

Görüşdə siyasi məhbus probleminə toxunan Alyansın koordinatoru qeyd edib ki, hazırda ölkə həbsxanalarında 150- dən çox siyasi məhbus var. Siyasi məhbuslar içində dindar kəsimi təmsil edən məhbusların sayının daha çox olduğunu ABŞ-lı diplomatın diqqətinə çatdıran hüquq müdafiəçisi bildirib ki, keçən ilin 26 noyabrında Nardaranda həbs olunan şəxslər başda Hacı Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olmaqla dövlət əleyhinə hər hansı qanunazidd hərəkət etməyiblər. Əksinə, dövlətin adından və gücündən istifadə edənlər dinc, günahsız insanları həbs edib onlara ağır işgəncələr veriblər. O.Gülalıyev bildirib ki, təmsil etdiyi təşkilat "Nardaran işi” ilə bağlı həbs olunan bütün şəxslərin gunahsız olduğu qənaətindədir və onların hamısını siyasi məhbus hesab edir. O, ABŞ səfirliyinin "Nardaran işi” və digər siyasi məhbusların məhkəməsinə, eləcə də siyasi məhbus probleminə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Görüşdə O.Gülalıyev adları siyasi məhbus siyahısında olmayan, həbsində siyasi motivlər olan bir çox şəxslərlə bağlı hazırda təmsil etdiyi təşkilat tərəfindən araşdırmalar aparıldığını bildirib, eyni zamanda fəaliyyətinə xitam verilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 10 ildə həyata keçirilmiş qanunsuz həbslər barədə danışıb. Hüquq müdafiəçisi 2012-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə açılan absurd cinayət işinə bu günə qədər qanunvericiliyin tələblərinə zidd olaraq xitam verilmədiyini və onun pasportla təmin olunmaması, eləcə də ölkədən çıxışına qoyulan qadağa ilə bağlı səfiriliyin əməkdaşlarını məlumatlandırıb.//xural.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300