"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisədə axtarışı davam edən Adil Abdullayevin qohumu İlahə Məmmədli təsuratların  ULUYOL.İNFO-ya danışdı:
 
"Adil Abdullayev mənim əmim,deyərdim atam idi.Biz uşaq vaxtı atamızı itirmişik,elə o vaxtdan Adil əmi bizə atalıq edib.Qayğılarımızı çəkib,həmişə yanımızda,problemlərimizi həll etməyə çalışardı.
 
  19.02.1953-cü ildə Bakı şəhərində anadan olub,ADNA-nın mühəndislik fakültəsin bitirmiş və ixtisası üzrə işləyirdi.Ömrünün böyük bir hissəsin dənizdə ,40 il idi ki,bu sahədə çalışırdı.Fevral ayında təqaüdə çıxacaqdı.15 gün işdə,15 gün evdə olurdu.
 
  Bir neçə il öncə bağ evi almışdı.Bağçılığa vurğun insan idi.Evdə qalanda bağa gedər,ağac-gül əkər,diblərin boşaldardı.Üç övladı,bir oğlu,iki qız var.Oğul nəvəsinə öz adın vermişdi.Balaca, məsum Adilin sabah bir yaşı tamam olur.Ad günün xüsusi keçirmək istəyirdi.
 
  Axırıncı dəfə bizə oktyabrın 9-cu gəlmişdi,həyət evində qalırıq deyə bağımız var.Əmimin bağa vurğunluğun bilirdim,təklif etdim ki,öz bağlarına həyətimizdən ağac aparsın,bizdə çoxdur.Bir söz demədi,sanki ,olacaqlar ürəyinə danıbmış...
 
   Yoldaşı Lalə xanımada 28 noyabrda Dənizə gedərkən deyib ki,"Xanım, heç ayaqlarım getmir..."Bu gün,dekabrın 7-si gəlməli idi.
 
  Mənim uşaqlığım əmimim qucağında keçib,məni çox istəyirdi.indiyə kimi yadıma gəlir,pəncərəmizdən boylanar,əmimim gəlməyin gözləyərdim.Əmim gələr, qucağında yatardım.Dəhşətlidir,indidə pencərədən boylanır,əmimdən bir xəbər gözləyirəm...
 
Hadisə baş verən gün,ayın 4-ü saat 22:30 da qardaşımla danışıb."Azər ,gəmiləri gözləyirik,dua edin biz burdan sağ-salamat çıxaq".
 
 "Azər ,gəmiləri gözləyirik,dua edin biz burdan sağ-salamat çıxaq".

ULUYOL.İNFO kollektivi adından baş vermiş faciə ilə bağlı Millətimizə başsağlı verir,ailələrinə Uca Tanrıdan səbr diləyirik...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300