Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton Pentaqonun nüvə silahlarının modernizasiyası planına qarşı çıxıb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "Hill” qəzeti yayıb. Qəzet Klintonun seçki qəragahının üzvlərindən birinin elektron məktubları xakerlər tərəfindən oğurlandıqdan sonra burada keçmiş dövlət katibinə aid səs yazısı aşkar edildiyini bildirib. Bu səs yazısında Klinton Pentaqon və Obamanın nüvə arsenalı ilə bağlı planını tənqid edib:
 
"Bizə ən sonuncu lazım olan şey nüvə başlıqları ilə təchiz olunmuş yüksək dəqiqliyə malik qanadlı raketlərdir. Ölkə üçün bundan qorxulu ssenari ola bilməz. ABŞ bunun qarşısını almaq üçün hər şeyi etməlidir”.
 
Qeyd edək ki, ABŞ bir müddət öncə nüvə arsenalının modernləşdirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, ABŞ nüvə arsenalını yeniləmək üçün 20 il ərzində 450 milyard dollar pul xərcləyəcək. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300