"Microsoft" şirkəti yeni iş mövsümü ərəfəsində Azərbaycanda kiberhücumların artdığını vurğulayır. 

"Report"un "Digital.Report" saytına istinadən verdiyi xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki, Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) apardığı araşdırmalarının nəticələrinə görə, Azərbaycanda istifadə edilən proqram təminatının (PT) 84%-i lisenziyasızdır (qanunsuz), ölkədə piratçılığın səviyyəsi isə yüksək olaraq qalır.

"Microsoft" bildirir ki, korporativ fərdi kompüterlərə, veb-səhifələrə və şirkətlərin İT - şəbəkələrinə hücumlar Azərbaycanda tez-tez müşahidə edilən hala çevrilib. Lakin azərbaycanlı istifadəçilər də pirat proqram təminatından istifadə etməyə davam edirlər. BSA-nın "2016 Global Software Survey" adlı tədqiqatı göstərir ki, 2015-ci ildə ölkədə quraşdırılan soft proqramların 84%-i lisenziyasız olub. Eyni zamanda, quraşdırılan pirat PT-nin dünya üzrə orta göstəricisi 39% təşkil edir.

"Kibercinayətkarlıq qanunsuz PT-nin istifadə edilməsi ilə sıx bağlıdır. Yeni mövsümün başlanğıcında yeni haker proqramları yaradılır. Bunlar isə gündəlik minlərlə kiberhücumlar deməkdir. Məsələn, MDB-də ən geniş yayılmış pirat proqramı "Windows Zver" hesab edilir. Bu proqramda bədəməllər tərəfindən 63 fərqli "ziyanverici" yerləşdirilir. Bununla bərabər, "Group-IB"-nin tədqiqatlarında isə deyilir ki, "Windows"u pulsuz yükləmək sorğusu üzrə casus-proqramı yükləmək ehtimalı isə 92% təşkil edir", - deyə "Microsoft"un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşdırma şərtlərinə riayət etmənin yoxlanılması üzrə direktoru Dmitri Beresnev bildirib.

"B2B International" tədqiqatlarının nəticələrində isə qeyd edilir ki, bu ilin ilk 6 ayında Azərbaycanda korporativ şəbəkəyə qoşulan hər bir komputer 5 dəfə kiberhücuma məruz qalıb. Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur. Postsovet məkanında biznes şirkətlərin 90%-dən çoxu ən azı bir dəfə kiberhücumla üzləşib, istifadəçilərin 80%-nə isə ziyan dəyib. Bütövlükdə, dünyada ötən il ərzində hər gün təxminən 1 mln. yeni kiberhücumlar qeydə alınıb. Onlar biznesə 400 mlrd. dollar ziyan vurublar.

"Microsoft"un mütəxəssisləri qeyd edirlər ki, artan kiberhücumlar təkcə ayrı-ayrı biznes-şirkətlərə deyil, həm də bütövlükdə Azərbaycanın maliyyə sektoru üçün zərərlidir. Hakerlərin hücum etdikləri şirkətlərin 1/3-i energetika, telekommunikasiya, müdafiə sənayesi, tikinti, nəqliyyat sahələrini əhatə edir. Bu cür obyektlərin İT şöbələrinə hücumlar təkcə şirkətləri deyil, həm də dövlətin infrastruktunu riskə məruz qoyur. D.Beresnev hesab edir ki, yalnız lisenziyalı proqram məhsulları fərdi məlumatları kiberhücumlardan qoruya və oğurluq riskini azalda bilər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300